Toyuq yeminə qənaət etməyin 4 yolu

Yaz aylarında ev yumurtası və toyuğa tələbat artdığı üçün fermerlər toyuq-cücə sayını artırmaq istəyirlər, amma bir tərəfdən də yemin bahalaşması onları tərəddüd içində qoyur.

Agroexpert.az saytı Agroxxi.ru saytına istinadən təqdim etdiyi bu məqalədə pulunuza qənaət etməklə toyuqlarınızı necə yemləyə biləcəyinizdən danışacağıq.

Ancaq hər şeydən əvvəl kiçik toyuq təsərrüfatının necə qurulduğuna dair bir audit aparmağı, çatışmazlıqları tapmağı və optimallaşdırma planını tərtib etməyi məsləhət görürük.

yumurtalıq toyuq saxlamaq

İlk olaraq fermanızda “təmizlənmə” aparmaq faydalıdır. Xoruzlar, yaşlı toyuqlar (2,5 yaşdan yuxarı) və məhsuldarlığı aşağı olan, tez-tez xəstələnən quşları ayırın.

Yemlənməni tənzimləyin.

Toyuqlar acgözlüyə meylli heyvanlardır. Büdcə problem yaratmasa belə, toyuqların piylənməsi yumurta istehsalını azaldır. Pəhrizi cücələr üçün deyil, toyuqlar üçün qurmaq lazımdır.

Yumurtlayan toyuqlara gün ərzində təxmini yarım kilo yem verilir. Bu 500 qr əsas rəqəm olaraq götürməyin və bunun yumurta istehsalına təsir etdiyini hiss edənə qədər yemlənməni tədricən azaltmağınız lazımdır.

Unutmayın ki, yemləmək üçün təzə otlar toyuğun gündəlik pəhrizinin 15-20% -ni təşkil edə bilər . Yəni sizin cibinizə müsbət təsir edən vasitələr ayağınızın altında yetişir.

Toyuqları və torpağı eyni anda qidalandıra bilərsiniz.
agroexpert.az konfrey-xəndəkotu toyuq yemi

Xəndəkotu və gicitkən – bunları bir çoxları alaq otu hesab etsələr də, ikisi də çox faydalı bitkidir. Bu bitkilər toyuqlar üçün dərman və qidaya çevrilməklə yanaşı həmçinin torpağı azotla zənginləşdirirlər.

Xəndəkotu  bir çox faydası var. Bu çoxillik ot immunitet sistemini qorumaq üçün xalq təbabətində populyardır, kompost üçün əla azot mənbəyidir. Həmçinin toyuq və digər mal-qara üçün aşağı lif və yüksək protein qidasıdır.

Heyvan karkası. Əlinizdə böyük bir çömçə və bel (qazma) olduqda quşları  daha yüksək keyfiyyətli proteinlə təmin edə bilərsiniz.

Vedrədə deşiklər açın, əti içinə qoyun və vedrəni toyuqların getdiyi yerə asın. Bir müddətdən sonra milçəklər(ağcaqanadlar) sürfələri qoyacaq və qoyduqları qurdcuqlar birbaşa toyuğun qidasına çevriləcəklər. Belə bir dispenseri evdən uzaqda təchiz etmək daha məsləhətlidir. Vaxtaşırı qurdcuqların çoxaldılması üçün ət atılmalıdır.

agroexpert.az toyuq yemi

Ət olaraq quş xəstəliklərinin daşıyıcısı olmayan sağlam heyvanların cəsədlərindən istifadə etmək vacibdir.

Toyuqlara ətin qalıqları və sümüklərindən faydalanması üçün bulyon bişirin və taxıl ilə qarışdıraraq onlara verin. Yemi islatmaq antinutrientləri (qidaların udulmasına mane olan təbii birləşmələr) parçalayacaq və yeməyi daha rahat həzm olunan və sağlam vəziyyətə gətirəcəkdir.

Taxılı yalnız sümük bulyonunda deyil, sadəcə suda da islatmaq olar. Fermentasiya prosesində belə edildikdə yeni vitaminlər, xüsusən də B qrupu və K2 vitamini, həmçinin bəzi ferment növlərini yaranır.

Yeməyi 2-3 günə uyğun ölçülü qida qabına qoyun.

Yemdən ən az 5 sm yuxarı olana qədər su əlavə edin. Bir saatdan sonra suyun azalıb azalmadığını yoxlayın. Nəticədə, taxıldan 3 sm yuxarıda ən az bir qat suya ehtiyacınız var. Çünki fermentasiya anaerobik bir prosesdir, yəni kif böyüməsinə səbəb olan oksigen lazım deyil.

İşlərinizi sürətləndirmək istəyirsinizsə qaba bir az turşu suyu əlavə edin. Qarışığı boş bir dəsmal və ya qapaq ilə örtün.

agroexpert.az toyuq yemi toyuqçuluq

Yalnız 24 saat islaq qaldıqda anti-qida maddələri məhv olar. Üç gündən sonra mayalanma təsiri ilə taxıllardan daha rahat həzm oluna bilən yem hazır olacaq.

Duckweed- təzə toyuqlar üçün vitamin əlavələrindən biridir və qurudulduqdan sonra 40% -ə qədər proteinlə təmin edən yem maddəsidir.

Daha yaxşı bir məhsul əldə etmək üçün quşçuluq fermerləri bu su bitkisini toyuq peyini ilə bəsləyirlər. Bununla da fermadan çıxan toyuq peyininin qurudulma problemini qismən həll edirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669