Toyuqlara təbii antibiotik

Bu məqalədə sizə sağlam cücə və toyuq bəsləmək üçün çox super təbii antibiotik hazırlanma resepti paylaşacayıq. Hazırlanması və istifadəsi çox asan olan bu şurub ilə quşlarınızın xəstəlik və ölüm hallarını minimuma salıb hətta tamamilə aradan qaldıra bilərsiniz.

Toyuq biznesi yaxşı işdir, amma çox risklidir. Yəqin ki, bu biznes haqqında danışarkən hər kəs bu sözləri eşidir. Çox adam bir gecədə toyuq və ya cücələrini itirdikdən sonra ömür billah bu işə yaxın durmur. Hətta işə savadlı yanaşıb hər şeyi kitabına görə edən, dərmanları vaxtlı-vaxtında verənlər belə bu itkilərdən sığortalanmayıb. Həm də toyuqları antibiotiklərlə çox yedizdirmək düz deyil. Nəticə etibari ilə zəhərli məhsul yetişdirmək olmaz. Image result for tavuk doğal antibiyotik

Antibiotik böyük problemdir əslində. Bir elmi məqalədə oxumuşdum ki, 10-15 ildən sonra insanlar adi cızıqdan, yüngül zədələnmələrdən belə vəfat edəcək. Çünki, “sağolsun” indiki bir-çox həkimlərimiz çox təəssüf ki, dərman yazan printerə çevriliblər. Bu dərmanlardakı antibiotiklər bizim immun sistemimizi zəiflədir. Halbuki Allah bizim üçün soğan və sarımsaq kimi ən güclü antibiotik yaradıb.

Təbii antibiotik

Lazım olanlar Image result for tavuklar için doğal antibiyotik

  • 5 litr su
  • 1 baş xırda doğranmış soğan
  • 2 diş doğranmış sarımsaq
  • sirkə (üzüm və ya alma)

Hazırlanması

  • Öncə 1 qaşıq ( və ya balaca stəkan) sirkəni 5 litr suya əlavə edib yaxşı qarışdırın. Sonra xırda doğranmış 1-2 diş sarımsaq və 1 baş soğanı bu suya əlavə edirik. İstəyə görə 1 qaşıq duz da əlavə edə bilərsiniz.
  • Bu hazırladığınız şurubu (qarışığı) 5-7 gün bir yerdə saxlayın qalsın. Tünd rəngli bir mayeyə çevriləcək.

İstifadəsi

  • Təbii antibiotiki toyuqlara və cücələrə ya su kimi verə bilərsiniz. Ya da bir qab çörəyi bu şurubla isladıb da verə bilərsiniz. Ayda və ya həftədə bir dəfə verə bilərsiniz. Amma məsələn 3 gün dalbadal verməməyə çalışın. Bu təbii antibiotik quşlarınızı bir çox xəstəliklərdən, mövsüm dəyişikliyi problemlərindən qoruyacaq.

Əlavə olaraq qeyd edək ki, cücələrin sağlam böyüməsi, qırılmaması üçün gicitkəni xırda-xırda doğrayıb vermək də çox faydalıdır.

Sonda sizin üçün bu təbii dərmanı hazırlamaq üçün video da hazırladıq.

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

One thought on “Toyuqlara təbii antibiotik

  • May 6, 2018 at 8:43 axşam
    Permalink

    Gicitkeni cox verende de qurd salir cuceye. Arada vermek lazimdir…
    Ayrica ancaq sirke vermek de xeyrlidir… Arada.

    Reply

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика