Trans yağların zərərləri

Bilmədən də olsa istifadə etdiyimiz bir çox qidada trans yağ var. Amma trans yağların orqanizmimizə  inanılmaz zərərləri olduğunu bilirdinizmi? Agroexpert.az trans yağların zərərlərini təqdim edir.

trans yağ

Trans yağı istifadə etdiyimiz çoxu hazır qidalarda xüsusilə fastfoodlarda bol olan işlənmiş yağ növüdür.  Trans yağ, “hidrogenləşmə ” adı verilən kimyəvi bir əməliyyatla əldə edilir. Hidrogenləşmə  prosesi, maye yağları kobudlaşdırır  və rəf ömrünün uzanmasını təmin edir. Trans yağ bəzi bitki yağlarında, qurabiyələrdə, kreykerlədə, çərəz və başqa qidalarda var.

Trans yağların zərərləri nələrdir?

Trans yağlar qanda olan “HDL” adlı yaxşı xolesterini salarkən, “LDL” adı verilən pis xolesterinin də artmasına səbəb olur. Bu vəziyyət infarkt  riskini xeyli artırır.

İnfarkt

Trans yağ arterial damarların daralmasına və eyni zamanda sərtləşməsinə səbəb olur. Qandakı xolesterin miqdarını artıraraq ürək sağlamlığını riskə atır.

Trans yağ xərçəng, alzaymer, diabet, qaraciyər funksiyasının pozulması, köklük, qadınlarda sonsuzluq  və depressiya kimi sağlamlıq baxımından bir çox təhlükəyə yol açır.

Trans yağların olduğu qidalar hansılardır?

-Qəhvə kremi(Coffematee)

-Kreyker, paketlənmiş peçenye, keks, dondurulmuş piroq, dondurulmuş pizza və digər unlu məmulatlar

-Fast food məhsulları

-Dondurulmuş xəmir məmulatlarında (məsələn: biskvit, rulet kimi)

-Tez bişən yeməklər (məsələn: mikrodalğalı sobada partladılmış qarğıdalı)

-Və marqarinlər də trans yağı ehtiva edən qidalardır.

Trans yağlardan qorunmaq üçün nələr etməliyik?

-Ərzaq paketi üzərində olan məzmun siyahısında hidrogenləşdirilmiş yağlar və trans yağ miqdarını öyrənin. Çox miqdarda olanlara üstünlük verməyin.

-Əgər istifadə etmək istəsəniz, yumşaq marqarin istifadə edin. Və ya ən təbbi kənd məhsulu olan inək yağını əridib istifadə edin.

-Buxarda bişirilmiş və qızartma ət daha da sağlam olacaqdır.

-Kəpəkli taxıllar, lobya, noxud, meyvə və tərəvəz kimi təbii yağ nisbəti aşağı, lif nisbəti yüksək qidaları seçim etməkdə fayda var.

 -Süd və süd məhsullarını seçərkən az yağlı və ya yağsız seçin.

 -Zeytun yağından istifadə etməyə daha çox üstünlük verin.

 -Fast food məhsullarından uzaq durmağa diqqət göstərin. Qızardılmış kartof və kotletdə trans yağ nisbəti çoxdur.

Trans yağı olmayan məhsulları tapmaq çox çətindir. Xüsusilə hazır qablaşdırılmış məhsulların çoxunda trans yağı var. Bu trans yağ zərərlərindən qorunmaq üçün sərf etdiyimiz məhsulları araşdırmalıyıq. Bilincli bir istehlakçı olmaq sizi bu təhlükəli məhsullardan qoruyacaq.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673