Tullantıları yanacaq və gübrəyə çevirən yeni biopreparat yaradılıb

Rusiyalı alimləri tullantıları yanacaq və gübrəyə çevirən yeni biopreparat yaradıb

Bu dərmanın ən əsas özəlliyi aşağı temperaturda belə təsirli olmasıdır.

Rusiya Elmlər Akademiyası Ural Bölməsinin İmmunologiya və Fiziologiya İnstitutunun kiçik elmi işçisi Anna Feigina, üzvi tullantıların və təkrar emal ediləbilən materialların gübrə və bioyanacağa çevrilməsinə kömək edən bioloji məhsul hazırlayıb. İnnovasiya Təşviqi Fondunun mətbuat xidmətindən verilən məlumata görə, biopreparat həm fərdi təsərrüfatlarda, həm də sənaye istehsalında istifadə edilə bilər.

2016-cı ildə bu layihəyə İnnovasiya Təşviqi Fondundan yarım milyon rubl  (12000 AZN) qrant ayrılmışdı.

Bu innovativ yenilik bizə bu gün təkcə tullantıların yox edilməsi problemini deyil, həm də enerji mənbələri çatışmazlığını da həll etməyə imkan verir. Bu bioloji məhsuldan istifadə edərək istilik və elektrik enerjisini sadə və ətraf mühitə uyğun bir şəkildə əldə edə bilərsiniz. Həmçinin onları kommunal şəbəkələrə də ötürə bilərsiniz.

Bu biopreparat neft, benzin, yanacaq yağı, dizel yanacağı, mühərrik yağı kimi kimyəvi maddələri zərərsizləşdirir. Biopreparatın istifadəsi istər fərdi ferma, istərsə də böyük müəssisələr üçün uyğun olan hədəf  kateqoriyasına aiddir.

Mütəxəssislər bildirir ki, bu biopreparatdakı mikroorqanizmlər çirkləndiricinin tərkibini qida mənbəyi kimi istifadə edir. Bu mikroorqanizmlər insanlar və ətrafdakı orqanizmlər üçün təhlükəsizdir. Onlar həmçinin torpaq və suyun çirklənməsi problemini həll etməyə kömək edəcək. Bu biopreparat neft emalı zavodlarının çənlərini qəza şəraitində belə təmizləyə bilər. Rusiya üçün ən vacib üstünlüyü isə mövcud aşağı temperaturda da işləyə bilməsidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!