Tumları zəhərli meyvələr

Bəzi meyvələrin tumunda olan və son dərəcə zəhərli bir maddə olan “amiqdalin”, bağırsaqlarda həll olaraq “siyanid” in(zəhərləyici turşu) ortaya çıxmasına gətirib çıxarır. Çox tez toksik təsir göstərən bu maddə, ani uşaq ölümlərinə belə yol aça bilər. Agroexpert.az  tumları zəhərli meyvələr haqqında məlumatı təqdim edir.

hansı meyvə tumu zəhərlidir

Zəhərlənmə əlamətləri  arasında-nəfəsdən acı badam qoxusu, alınan qan nümunəsinin parlaq qırmızı olması, qan şəkərinin yüksəlməsidir.  Zəhərlənmənin baş verməsiylə yanaşı tənəffüs pozuntuları, yüksək hərarət, qıcolma, ürəkkeçmə, aşağı təzyiq, göyərmə və tənəffüs çatışmazlığı yarana bilər. Göz bəbəkləri genişlənir və dərinin rəngi qırmızıya çevrilir.

Uşaqlarda zəhərlənməyə bağlı ani ölümə səbəb olan bu vəziyyət, hamilələr üçün də çox risklidir. Hamiləliyin ilk aylarında bu tumları istifadə etmək  körpədə hidrosefaliya və neqativ  böyrək inkişafına da şəarit yaradır. Xüsusilə bəzi ərik növlərinin acı tumundan 5-25 ədəd yeyilməsi də zəhərlənməyə səbəb olur.

Hansı meyvələrin tumları yeyilməməlidir?

Hamilələr  və uşaqlar bu meyvələrin tumlarını qətiyyən yeməməlidir.   

  • Ərik tumu
  • Kal (yetişməmiş) ərik tumu
  • Gilas tumu
  • Şaftalı tumu
  • Alma tumları
  • Acı badam tumu

Qeyd: Ağız yoluyla yaranan zəhərlənmə nəticəsində insan qusdurulmamalıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!