Türkiyədə istehsal olunan meyvə quruları

Dünya miqyasında yeyilə bilən və satış üçün yetişən 150 növ meyvənin 90-ı Türkiyədə istehsal edilə bilər. Albalı, ərik, əncir, üzüm və daha çox meyvə istehsalında Türkiyə dünyada ya birinci, ya da ilk üçlükdə olur. Bu meyvələrin bəziləri yaş, bəziləri quru hesab olunur.

Qurudulmuş meyvələrin çeşidinə kişmiş, gavalı, quru alma, qoz-fındıq, qurudulmuş ananas, tropik quru meyvələr, badam, qoz, püstə, fıstıq, şam qoz-fındıq, anakardiya, makadamiya fındığı, pecan fındıq, xurma kimi bir çox məhsul daxildir. Dünya quru meyvə bazarının illik həcmi 9 milyard dollar olaraq hesablanır. Bu bazarda Türkiyə fındıq istisna olmaqla 13 faiz paya sahibdir.

Qurudulmuş meyvələrin-meyve qurusu agroexpert.az

Türkiyədə, eləcə Azərbaycanda da meyvə və tərəvəzləri ənənəvi üsullarla qurutmaq çox qədim dövrlərə aiddir. Qədim tapıntılarda da qışda istehlak edilmək üçün meyvələrin qurudulması və saxlanması izlərini tapmaq mümkündür.

Ticarət olaraq Türkiyə iqtisadiyyatında əsas məhsullar isə əncir, üzüm və ərikdir. Əvvəlki illərdə xüsusilə əncir və üzümün ixracı lokomotiv idi. Ticarət baxımından çox əlverişli olmasa da, armud, alma, tut, gavalı kimi bəzi meyvələr də qurudulur.

Bu gün sağlam bir pəhrizin əhəmiyyəti məlumdur. Bir çox diyetoloq, həkimlər və sağlam qidalananlar yemək ortasında quru meyvələr istehlak etməyi məsləhət görürlər. Bu tövsiyələrin təsiri ilə quru meyvə sortlarında və satışlarında ciddi bir artım var.

Bu sahənin sektor nümayəndələri hesab edirlər ki, klassik məhsullar kimi tanınan armud, heyva, gavalı, albalı, tut, alma, əncir, ərik və kişmiş kimi meyvələrin bazarda təlabatı yüksəkdir. Onlar bu məhsulların həm Avropaya, həm də ABŞ-a asanlıqla satıla biləcəyini vurğulayırlar.

Quru meyvə biznesi üçün ölkəmizdə avantaj varmı?
quru meyvə

Bu sahənin ölkəmizdə də geniş şəkildə inkişaf etməsi üçün lazımı şərait mövcuddur. Yetəri qədər meyvə bağları olan ölkə ərazisində meyvənin müəyyən bir hissəsinin satış üçün qurudulub həm ölkə daxilində, həm də xaricdə satışını təmin etmək olar. Yerli istehsal sayəsində xaricdən gətirilən meyvə qurularından daha ucuz qiymətə sataraq həm vətəndaşlarımızı, həm də sahibkarları qazandıracaq daimi biznes qurmaq mümkündür.

Türkiyə təcrübəsindən faydalanaraq qurudulan meyvələri lazımı səviyyədə və şəraitdə paketləyib xarici ölkələrə ixrac etmək ölkə iqtisadiyyatına müsbət təsir edər.

Bunun üçün ilk olaraq bu sahənin əsas təlabatı olan məhsullarını araşdırmaq və meyvələri ala biləcəyiniz əraziləri müəyyən etməyiniz lazımdır. Daha sonra əlinizdə olan meyvənin və sahənin həcmindən asılı olaraq hansı üsulla qurudulmasını planlamaq və həmin plana əsasən tələb olunan ləvazimatları almaq lazımdır. Paketləmə və marka işində sənədləşdirmə və çıxaracağınız bazarları müəyyən etmək də əsas şərtlərdəndir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673