Türkiyə təcrübəsində arıçılıq üzrə qazancın hesablanması

Ötən məqaləmizdə qeyd etmişdik: Arıçılıqdakı qazanc hər işdə olduğu kimi adamdan adama dəyişir. Arıçılıq gəlirləri arıların sayına, balın miqdarına, arıçılıqla məşğul olunan ərazinin vəziyyətinə, bu işdə işləyənlərin sayına və başqa arıçılıq məsələlərinə görə dəyişir.

Arıçılıq biznesi Türkiyə təcrübəsində
türkiyədə arıçılıq agroexpert.az

Bu sahənin inkişaf etməsi və yeni kadrların bu sahəyə gəlməsi üçün dünya təcrübəsindən, eləcə də qonşu qardaş ölkəmiz olan Türkiyə təcrübəsindən istifadə etmək lazımdır.

Arıçılıqda uğur qazanmaq üçün məlumatlı olmaq və təcrübə toplamaq çox vacibdir.

Misal olaraq Türkiyənin dağlıq rayonlarından olan Giresun və ya eyni iqlim şəraitində yaşayan bir tərəssüfatçının iş gedişini götürə bilərik. 6 çərçivəli bir pətək satın aldınız və arını alacağınız qiymət 370 TL, bizim pulumuzla təqribi 100 manata yaxındır. Siz bu arını aprel ayında alsanız bu mövsümə tez girəcəyi üçün qidasını özünüz təmin etməlisiniz. Bal toplayan zaman 10 çərçivə varsa və bunlarda 7-si balla doludursa təqribi hesablama aparaq. Hər çərçivədən 2.5-3 kq bal götürmək mümkündür. Əgər birlikdə 10 çərçivə bal ürəzində hesab aparsanız hər biri azı 2.5 kq bal verir. Əsasən həmin miqdar 3 kq olur. 10 çərçivə 2.5 kq-dan cəmi 25 kq bal edir.

25 kq bal ərazidən əraziyə görə dəyişir. Əgər təbii bal istehsal edirsinizsə 100 TL (təqribi 25-30 manat arası) satılır.

25 kq bal X 100 TL = 2500 TL

Türkiyənin Qaradəniz bölgəsində balın qiyməti daha baha 150 TL-dir.

Yuxarıda apardığımız hesablama mövsüm və satışa görə dəyişir. Əgər sezon yaxşı olarsa bir çərçivədən 3.5 kq bal ala bilərsiniz. Hətta bəzi ərazilərdə xərclədiyinin 3 qatı çox götürən arıçılar var. buna görə arıçılıq faydalı və iqtisadi qazanclı bir təsərrüfat sahəsidir.

Qeyd edək ki, 8 çərçivə bal arının qışlıq qidası üçün kifayət edir.

Gəlirin çox hissəsi əldə edilən balın satışından asılıdır. Arıçılıqla yeni məşğul olanlar təcrübəsiz olduqları üçün əldə edəcəkləri ən yüksək qazanc 5 kq baldır. Lazımi tədbirlər və zəruri tənzimləmələr etdikdən sonra bu dəyər 15-20 kiloqrama qədər artır.

Türkiyədə : İstehsalçı hər kq bal üçün maksimum 10 TL(3 manat) xərcləyir. Bu adam kiloqramı 100 TL(25 manat)dən 200 kilo bal satışından qazandığl 20000 TL(25min manat)ə bərabərdir. İstehsal zamanı xərclənən xərc, yəni 2000 TL(2500manat) bu qazancdan çıxılırsa 18000 TL(5 min manat) qazanılacaqdır.

Unutmamalıyıq ki, müxtəlif növ ballar var. Belə ki, satış qiyməti bu balların istehsaldakı qiymətinə uyğun olaraq eyni nisbətdə artır.

Satın alacağınız  arı ilə satacağınız bal arasında böyük qazanc

Yuxarıda etdiyimiz hesablamalar mövsüm və satışa görə dəyişir. Satış yaxşı olarsa, çərçivələr 3,5 kq-dan hesablana bilər. Hətta bəzi bölgələrdə 3 qat çox satış edə bilən arıçılar var. Buna görə, arıçılıq qazanclı işdir. Ticarət etməsəniz də özünüzün və ailənizin balını 4-5 arı şanı ilə asanlıqla təmin edə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!