Türkiyədə çəyirdəksiz limon təsərrüfatı

Faydalı bitki olan limon Azərbaycanın subtropik rayonlarından Lənkəran, Astara, Masallıda və s. becərilir və əkin sahələri ildən-ilə genişləndirilir.

Vətəni qədim Hindistan olan limon sağlamlığın qorunmasında universal bir vasitədir. Deyilənlərə görə sağlamlığa faydalı olduğu üçün hər kəs özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. “Limon” sözü malay dilində bu meyvəni adlandıran “lerno” sozündən əmələ gəldiyi güman edilir. Çində isə bu bitki “limunq” adlandırılır və tərcümədə “analar üçün xeyirli” deməkdir. 

Bütün başqa sitrus meyvələr kimi, limonun üzəri qalın qabıqla örtülüb, əti isə nazik ağ pərdə ilə bağlanmış dilimlərə bölünür. Ətin ortası dadsız ağ maddədən ibarətdir.

Bu yazımızda sizlərə Türkiyə təsərrüfatında geniş yayılmış və ixracatına görə əsas məhsulu olan çəyirdəksiz limon haqda məlumat verəcəyik.

Türkiyədə aparılan 6 illik təcrübələr nəticəsində yetişdirilən çəyirdəksiz limon növləri xüsusiyyət və keyfiyyət cəhətdən türk ixracatının əsas məhsulu olub. “Kütdiken” adlandırılan bu limon Avropa bazarlarında yüksək təlabatı olan meyvələrdəndir.

Türkiyə ixracatının əsas gəlirinə çevrilmiş toxumsuz limon becərilməsi sahibkarlar üçün fərqli bir iş modeli ola bilər. Türkiyə qida mühəndisləri tərəfindən dünya standartlarına uyğun istehsal olunan bu limonlar uzun müddət saxlanmasına görə ixracat məhsulu kimi bir çox üstünlüklərə malikdir.

“Kütdiken” limonunun istehsalı
çəyirdəksiz limon agroexpert.az

Keyfiyyət, qoxu və digər xüsusiyyətlərinə görə dünyada ən yüksək keyfiyyətli limon çeşidi olan “Kutdiken” xüsusiyyətlərinə görə Türkiyədə ən çox becərilən və saxlanan limon növüdür. Saxlama müddəti təxminən 11-12 aydır. Bu hamar qabıqlı limon növünün əsas xüsusiyyətlərindən biri də qabığının rənginin açıq yaşıl-sarı olmasıdır. Meyvələri ellips şəklində olan bu limonun tərkibində 7,16% turşu və 32,96% şirə var. Saxlamaq üçün ən uyğun meyvələr arasında olan bu limon noyabr yağışlarından əvvəl yığılır. Uyğun şəraitdə məhsul yığımı fevral ayına qədər davam edə bilər.

Ağacları orta sürətlə böyüyən bu məhsuldar toxumsuz limonların yarpaqları orta ölçülüdür. Başqa bir önəmli xüsusiyyət çiçəkləmə dövrüdür. Uzunmüddətli bir çiçək açması var və meyvə ölçüləri dəyişkəndir. Meyvələri orta irilikdə və ellips formasındadır. Bu növ toxumsuz limonlarda qönçələnmə və meyvə vermə müddəti bütün il ərzində davam edir. Bağınızda toxumsuz limon əkməyi planlaşdırırsınızsa, temperaturun 0 ° C-dən aşağı düşmədiyi və güclü küləklərin olmadığı bölgələri seçməlisiniz.

Yetişdiyi torpaq növü

Bu limon növü üçün yüngül və orta ağır quruluşlu, yaxşı drenaj sistemi olan gilli, gilli-qumlu, qumlu, qumlu-gilli torpaqlar uyğundur. Çox yağış yağan ərazidə çox sulamanıza ehtiyac yoxdur. Yağışları az olan bölgələrdə ehtiyaca görə suvarmaq məsləhət görülür. Tez-tez budamaq lazım deyil, bunun əvəzinə qoca, qırılan budaqlar iti bağ qayçısı ilə kəsilməlidir. Hər 2-3 ayda bir yanmış heyvan gübrəsi verilməlidir. İspaniya və Argentina toxumsuz limonun ən keyfiyyətli növlərini yetişdirir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669