Türkiyədə ən çox mələzləşdirilən yunluq qoyun cinsləri

Saf cins yetişdirmə və seleksiya ilə genetik inkişafın məhdudiyyəti fikirləri təsdiqləndikdən sonra Türkiyədə qoyun cinslərinin mələzəşdirilməsi işləri gücləndirilib.

Mələzləşdirilimə zamanı daha çox cütləşdirilərək yunluq, ətlik-yunluq və südlük cəhətdən faydalı bir çox yeni qoyun cinsləri yaradılıb və ya yaradılmağa çalışılıb.

Türkiyədə mələzləşdirilərək əldə olunan yunluq qoyun cinsləri toxuculuq sənayesinin ehtiyacına uyğun yunu təmin etmək üçün yetişdirilir.

Bu cinslər əsasən Karacabey Merinosu (Türk Merinosu), Malya qoyunu, Anadolu Merinosu ve Konya Merinosu (Orta Anadolu Merinosu)dur.

Yun faydalılığına görə bu cinslərin ümumi xüsusiyyətləri bunlardır:
  • • Yunları təlabata uyğun olaraq xüsusiyyətlərinə görə yerli qoyunlardan üstündür.
  • • Bədən, baş və ayaqlar ağ rəngdədir. Malya istisna olmaqla quyruqlar nazik və uzundur.
  • • Yerli irqlərə görə daha sürətli inkişaf edir, çəkiləri yerli cinslərdən yüksəkdir.
  • • Malya istisna olmaqla yerli cinslərdən fərqli olaraq yağlı quyruqlu deyillər.
  • • Merinos genotipinin xüsusiyyətlərindən asılı olaraq Mərkəzi Anadolu şəraitində yaşamaqda çətinliklər çəkirlər.
qaracabey qoyunu agroexpert.az
Karacabey Merinosu

Alman ət Merinosları ilə Buruq yunlu qoyunların çevirmə mələzləşmə üsuluyla cütləşdirilərək yaradılıb. Təxmini 90-95% Merinos genotipi daşıyıcılarıdır. Əkizlik nisbəti 10-20% -dir. Quzuların inkişaf sürəti Buruq yunludan yüksəkdir. Orta bədən çəkisi 50-55 kq. Çirkli yunu 3–3,5 kq. Karacabey qoyun cinsi faydalılığı ilə Güney Mərmərə bölgəsində geniş yayılıb.

malya qoyunu agroexpert.az
Malya qoyunu

Malya Qoyunları Alman-Ətlik Merinosunun və Akkaraman qoyunlarının cütləşdirilməsi üsulu ilə yaradılıb. Bunun üçün ilk olaraq Merinos x Akkaraman birinci mələz dölləri(G1) əldə edilib. G1-lərin dişiləri bədən strukturları olduqca iri, yun və döl səmərəliliyi üstün Akkaraman qoçları ilə cütləşdirilərək 35-40 % merinos genotipi daşıyan yağlı quyruqlu Malya tipləri yaradılıb. Doğuş zamanı quzuların sayı 1 olur. Orta bədən çəkisi 45-50 kq-dır. İnkişaf sürəti Akkaramandan yüksəkdir. Çirkli yunu 2.4-2.8 kq arasında dəyişir. Mərkəzi Anadoludakı Malya Əkinçilik Müəssisəsində əldə edildi. Malya növünün əvvəllər Akkaramanın əhilləşdirilməsində istifadə edildiyi bildirilir.

Anadolu Merinosu

Alman ətlik Merinosları ilə Akkaramanların mələzləşdiriliməsi nəticəsində əldə edilib. Bu tip, 75–80% Merinos xüsusiyyəti daşıyır. Doğumda quzu sayı təxminən 1-dir. Doğum ağırlığı 4.5–4.7 kq və süddən kəsilərkən olan çəkisi 19.3–19.6 kq arasında dəyişir. Bədən çəkisi 50–60 kq-dır. Laktasiya müddəti 120 günə yaxındır. Laktasiya müddətində süd verimi isə təqribi 70 litrdir. Bu 30–100 litr arasında dəyişir. Yararsız yunu 3–3.5 kq-dır. Akkaramanların yetişdirilməsində istifadə olunur və təmiz cins yetişdirilir.

yunluq qoyun cinsi agroexpert.az
Konya Merinosu

Konya Merino G2 və G3 səviyyəli Alman Ətlik Merinosu və Akkaraman törəməsinin yenidən öz aralarında cütləşdirilməsi ilə əldə edilib. Orta Anadolu Merinosu da adlanır. Bu növlərdə merinos xüsusiyyəti 85% -dən yuxarıdır. Doğuş zamanı quzuların sayı 1-dir. Quzuların doğuş ağırlığı 4,5-5,0 kq arasında dəyişir. Orta bədən çəkisi 55-60 kq-dır. Laktasiya südü 40-50 litr, laktasiya müddəti 140-150 gündür. Çirkli yun çəkisi orta hesabla 3,7 kq-dır. Akkaraman cinsi yetişdirməkdə və təmiz yun əldə etmək üçün istifadə olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика