Türkiyədə qalmaqal – ət qiyməsində boyadan istifadə olunur?

Son günlər Türkiyə mediasında yeyinti məhsullarında saxtakarlıq başlığı ilə ət qiyməsində boya istifadəsindən bəhs edilir.

Agroexpert.az xəbər verir ki, bununla bağlı Türkiyə rəsmiləri yayılmış məlumata açıqlama veriblər.

Həm sosial mediada, həm də bəzi media orqanlarında “Saxta mal əti qiyməsi” iddiaları ilə bağlı lazımi izahat göndərilməsi zəruri hesab edilib.Bu iddialara əsasən Qida və İdarə Nazirliyi Baş Müdirliyi qrupları dərhal hərəkətə keçib və xəbərlərdə verilən adı çəkilən satış yerlərində məhsuldan nümunələr götürülüb.

Mütəmadi olaraq aparılan qida nəzarəti və yoxlama tədqiqatlarına əlavə olaraq toplanan bu nümunələr nazirliyimizin laboratoriyalarında analizdən keçirilib.

Ət qiyməsində saxtakarlı - agroexpert.az

İlk analizin nəticələrinə görə, “qiyməlik ətdə boya istifadə eilməsinə” dair dəlil yoxdur. Ayrıca, 9 rayonda qiymə istehsal edən 10 ət parçalama fabrikindən nümunə götürülüb. Ümumi olaraq isə Türkiyənin 33 rayonundakı satış nöqtələrindən analiz üçün götürülmüş nümunələr laboratoriyaya göndərilib.

Laboratoriya analizlərinin nəticələri ictimaiyyətə bildiriləcək.

Laboratoriya analizində yağ nisbəti, cinsin müəyyən edilməsi, boya, protein nisbəti kimi detallar araşdırılır. Bildirilib ki,

  • İnsanların sağlamlığı və qida təhlükəsizliyi ilə bağlı hər cür məlumat, sənəd və iddialar diqqətlə və təmiz şəkildə nəzərə alınaraq nazirliyimiz tərəfindən araşdırılır.
  • Nazirlik tərəfindən həyata keçirilən müntəzəm qida nəzarəti və yoxlama tədbirlərinin səmərəliliyini artırmaq üçün vətəndaşlarımızı prosesə cəlb etmək son dərəcə vacibdir.

İstehlakçılar alış-veriş zamanı aldıqları məhsulların istər qablaşdırılmamış, istərsə də qablaşdırılmış şəkildə etiketdəki son istifadə tarixinə, iş təsdiq nömrəsinə və məhsulun etiketdə göstərilən saxlama şərtlərinə cavab verib-verməməsinə diqqət yetirməlidirlər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673