Türkiyədə qaz təsərrüfatında ümumi vəziyyət

Türkiyədəki quşçuluq istehsalında qaz təsərrüfatı son sıralarda yer alır. Bunun səbəbi, ölkə daxilində qaz məhsullarına ciddi tələbatın olmaması və tələbin müəyyən bölgələr üçün məhdud olmasıdır. Digər səbəblər isə, Türkiyədə yetişdirilən qaz yumurtalarının aşağı məhsuldarlığı, döllənmiş yumurta tapmaqda yaranan çətinlik, bəzi problemlərlə qarşılaşmaq və elmi araşdırmaların olmamasıdır.

Sektoru aktivləşdirəcək çox tələb olmasa da, lakinTürkiyənin hər bölgəsində qazların yetişdirildiyini görmək mümkündür. Bölgədə bu təsərrüfatın ən çox yayılmış əraziləri Şimali Şərqi Anadolu, Orta Anadolu, Cənubi Anadolu, Qərbi Qara dəniz, Ardahan, Qars, Muş və Ərzurum əyalətləridir. Kiçik qaz sürülərinə Türkiyənin demək olar ki, hər vilayətində rastlaşmaq mümkündür. Türkiyənin Ardahan və Kars ərazisində cəmi qaz sayı 515 245 ədəddir. Bu say bütün Türkiyədə olan qazların təxminən 48,50% -ni təşkil edir.

Dünyada əti üçün qaz yetişdirilir və bu təsərrüfatda qazlar  intensiv şəkildə böyüyür. Təxminən qazlar 8-10 həftə bəslənərək bazara çıxarılır. Kəsmədən 1-1.5 ay əvvəl qazlara əlavə yem verərək çəkiləri artırılır. Damazlıq qazlar  ayrıldıqdan sonra hava soyuyan və ilk qar yağan zaman qalan qazların hamısı birgə kəsilir. Qazlar ümumiyyətlə yumurtadan çıxdıqdan sonra  6-8 ay ərzində baxılıb və sonra kəsilir. Türkiyədə son illərdə kəsilmiş qazların satışı başlanıb.

Qazlar haqda ümumi məlumat və qiymətlər

Türkiyədə qaz təsərrüfatı ilə məşğul olan Ufuk Karaçay bildirib ki, təsərrüfatının kiçik olmasına baxmayaraq ildə 15 min qaz verir. 400 damazlıq qaz, 100 erkək qaz olmaqla 500 qaz saxlayaraq qalanlarını satır. Səyyar ticarətlə məşğul olan Ufuk: “Bu qaz balalarını Ardahan kəndlərinə satıram. Kənd camaatı məndən aldıqları qazları böyüdükdən sonra onları aldıqları qiymətdən 2-3 qat artıq məbləğə satır. Və ya qışda öz ət ehtiyaclarını ödəyirlər. Qazları üzvi yem və təbii şəraitdə bəsləyirəm.

15 günlük toyuqun qiyməti 40 TL, bəzilərinin qiyməti isə 70 lirədir. Qazlar baxımına görə digər quşlardan daha sərfəli heyvanlardır. Çünki bu heyvanlar az yeyən, asanlıqla və tez böyüyən quşlardır. Qazların ətindən, yumurtasından, lələyindən, yağından və qaraciyərindən istifadə olunur”.

qazlar-agroexpert.az_

Qaz yetişdirməyin üstünlüklərini sadalayan Ufuk Karaçay, “Qazlar böyük heyvanlardır. Yetkin bir qazın növü və ya cinsindən asılı olaraq çəkisi 4 ilə 13 kiloqram arasında dəyişir. Qazlar, toyuqlar və ya ördəklərin ətindən daha çox ət bazasına sahibdirlər. Qazları geniş ərazidə bəsləsəniz, yay boyunca onları qidalandırmaq üçün adi otlardan başqa bir şeyə ehtiyac olmayacaq. Qazların üstünlüklərindən biri də sağlam və uzun ömürlü olmalarıdır. Qaz sürüsü yetişdirmək üçün ən azı 2 yaşında yetkin bir qaz almaq kifayətdir”.

Qeyd edək ki, Ufuk Karaçay 1 il ərzində 15 min qaz yetişdirməyinə baxmayaraq təlabatın daha çox olduğunu bildirib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673