Türkiyədə saxta qida istehsal edən 69 şirkət cərimələndi

Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyi 2020-ci ilin 4-cü yoxlama siyahısını açıqlayıb. Qazlı içkilər, bal, çay, zeytun yağı, şokoladdan ətə qədər bir çox məhsulda yoxlama aparan 69 şirkətə aid 136 məhsulun keyfiyyətsiz olması müəyyən edilib.

Agroexpert.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, ölkənin naziri bununla bağlı açıqlama verib. Naziri Bəkir Pakdemirli saxtakarlığın bağışlanmayacağını vurğulayıb.

“Ölkəmizdə qida etibarlılığını təmin etmək, qida keyfiyyətsizliyi və saxtakarlığın qarşısını almaq, insanların sağlamlığını və istehlakçı maraqlarını qorumaq üçün bu işə başlamışıq. Sektorda haqsız rəqabətin qarşısını almaq üçün qida və qida ilə əlaqəli materialların istehsalı, emalı və paylanmasının bütün mərhələlərində rəsmi nəzarət tədbirləri nazirlik tərəfindən diqqətlə aparılır”.

Bu əhatədə təqlid edilmiş, uydurulmuş və ya narkotik tərkibli maddələrin cəmiyyətin istifadəsinə verildiyi aşkarlanan 69 şirkətə aid 136 növ fərqli məhsul təyin edilərək nazirliyin saytına yerləşdirilib. Beləliklə, ilk açıldığı 2012-ci ildən indiyə qədər 1551 şirkətə aid 3.492 növ fərqli məhsul ictimaiyyətə və istehlakçıların məlumatlanması üçün açıqlanıb.

Türkiyədə 8 ildə 3 min 492 saxta məhsul müəyyən edilib.

Qeyd edək ki, Kənd və Meşə Təsərrüfatı Nazirliyinin saxta qida istehsal edən şirkətləri açıqlaması istehsalı davam etdirməsinə maneə törətmir. Yoxlanılan firmalar nazirlik tərəfindən təyin olunan cəzanı ödəyir və istehsalını davam etdirir. İstehlakçılar isə bu məhsulları almağa və yeməyə davam edir.

İstehlakdan sonra elan olunmanın faydası varmı?

Yoxlama gedən dövrə qədər cərimələnmiş həmin şirkətlərin satdığı və insanlar tərəfindən istehlak olunan məhsulların keyfiyyətsiz və saxta olması sadəcə müəyyən olunur. Əslində fərqindəsinizsə bunun yalnız aşkarlanması və cərimələnərək öz fəaliyyətini davam etdirməsi istehlakçılar üçün heç bir önəm daşımır. Yəni zərərli məhsulu yeyən yeyib, zəhərlənən və ya başqa əks təsirləri ilə qarşılaşan varsa həmin şəxsə o cərimənin və siyahının heç bir təsiri yoxdur. Sadəcə təqdim olunan siyahı əsasında cərimələndikdən sonra həmin şirkətlərin məhsullarından istifadə zamanı diqqətli olmaq kimi bir avantaj yaradır.

 Öncədən qarşısı alınaraq insanları həmin zərərli və keyfiyyətsiz qidalardan qorumaq lazımdır. Bu məsələ üzərində Türkiyədə hüquqi tənzimləmə üzərində işlərə başlanılıb. Ancaq hələlik heç bir nəticə əldə edilməyib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!