Türkiyədə yeni naringi növü – Ərtuğrul bəy naringisi

Qərbi Aralıq Dənizi Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin mütəxəssisləri 10 ildən çox bir müddətdə apardığı tədqiqat işlərindən sonra Bodrum naringisi adı ilə tanınan toxumsuz naringi istehsal ediblər.

agroexpert.az naringi

Agroexpert.az türk mətbuatına istinadən xəbər verir ki, ətri və qoxusu ilə çox sevilən Bodrum naringisi kimi də tanınan yerli naringi, Antalyada toxumu olmadan yetişdirilib. Bəzi meyvələrdə toxumlarının sayı sıfıra, digərlərində isə 1-ə endirilən yeni naringi növünə “Ərtuğrul bəy” adı verilib.

Qeyd edək ki, Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi yanında Antalyada 1934-cü ildə yaradılan Qərbi Aralıq dənizi Kənd Təsərrüfatı Tədqiqatları İnstitutunda əsasən portağal, limon, naringi, qreypfrut kimi sitrus məhsulların Aralıq dənizi sahillərinə uyğunlaşdırılması işləri aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!