Türklər internetdə nə axtarır?

Məqalənin adına çox da əhəmiyyət verməyin. İnsan hər yerdə insandır. Ordakı arzular, xəyallar və istəklər bizdən çox fərqlənmir. Həm də bu məqalə Türkiyə bazarına çıxmaq istəyən sayt rəhbərləri və SEO-lar üçün maraqlı ola bilər.

Araşdırmalara əsasən, Türkiyədə istifadəçilərin 71%-i hər gün internetə girir. Ən önəmli motivasiya və maraq isə əylənməkdir. Araşdırma şirkəti bildirib ki, 60 ölkədə ayda 2 milyarda yaxın insan internetdə olur və bunlardan 1 milyard 600 milyonu sosial şəbəkələri istifadə edir.

Türk xalqının 22%-i internetə, cib telefonundan girir. Mobil cihazlardan internetə ən çox girilən saatlar adətən yolda keçirilən zaman və ya gecə yatarkəndir. Çox insan adətən gecə yatmamışdan qabaq sosial şəbəkələrə bir göz atır.

Türkiyəli qardaşlarımız ən çox bunları axtarır:

  • “Survivor”
  • “Google”
  • “Gece gölgenin rahatına bak”
  • “Son depremler”
  • “Hastane Lider”   
  • “İstanbul”
  • “Beşiktaş”
  • “Hava – hava durumu”
  • “YSK seçmen sorgulama”

Ən çox axtarılan sözlər arasında bunlar da liderlik edir:

  • “ Facebook , Youtube, face, Mynet, Sahibinden, Hotmail, oyun, Milliyet, haber”
  • “ KPSS sonuçları, Maçkolik, Bilyoner, sahadan, Star TV , tubidy, Ziraat, İddaa, ask.fm, ATV”
  • Sağlıq bölümündə: “SGK”, “randevu”, “gıda zehirlenmesi”, “kolon kanseri” ve “vitaminler”, “Bursa, kalp, dr, imei sorgulama, doktor”

Image result for türkiye internet istatistikleri

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!