Turpun yetişdirilməsi haqqında bilmədiklərimiz

Uşaq vaxtından dinlədiyimiz “Turp” nağılında nənə, baba, nəvənin dartdıqları, əkib çıxarmağa çalışdıqları turpdan da məlumdur ki, turp keçmiş zamanlardan yetişdirilən mədəni bitkidir.

Turpun ana vətəni Orta Asiya, Hindistan və Şərqi Asiyadır. Kələmçiçəklilər fəsiləsindən olan turp birillik və ya bir neçə illik (çoxillik) bitkidir. Kiçik qırmızı olanlarına qırmızı, ağ olanlarına ağ turp, qara olanlarına (isə) becərilən turp deyilir. Turp iştah açıcı qida olaraq yeməklə birlikdə yeyilir.

100 q təzə qırmızı turpun tərkibində 1,2 q protein, 0,1 q yağ, 93,2 q su, 5 q karbohidrat və 0,7 q selüloz, A, B1, B2, B6, C vitaminləri vardır.

Ölkəmizin demək olar ki, hər bölgəsində yetişdirilə bilən turp bütün torpaq tiplərində yetişdirilə bilər.

 İl boyu bütün aylarda becərmək olar.

Tələb edilən torpaq növü və əkimi
turp agroexpert.az

Meyvəsi kökündə olan bitki növüdür. Kökləri torpaq quruluşuna görə 10-50 sm dərinlikdə ola bilər. Bəzi turp növlərində isə meyvə inkişafdan dayanır və saçaqlar daha çox olur. Bu satış üçün yararsızdır. Gənc yarpaqlar içəridə, yaşlı yarpaqlar isə ətraflarında yerləşir. Bitkinin yarpaqları tüklü və qabarıq bir quruluşa malikdir.

Turp yetişdirərkən ən uyğun torpaq yüngül tərkibli torpaqlardır. Bitkinin kökü yeyildiyi üçün ağır tərkibli torpaqlarda meyvələr ya inkişaf etmir, ya da çatlamasına səbəb olur. Qırmızı turp qumlu, ağ və becərilən turplar gilli- qumlu torpaqlarda daha məhsuldar olurlar.

Sərin iqlim tərəvəzi olan turp isti və quraqlı yerləri sevmir. Turp təsərrüfatında iqlim şəraiti məhsuldarlığa öz təsirini göstərir. Toxumların əkilən tempraturu 2-15 dərəcədir. Çiçəklənmədən sonra lazım olan tempratur 14-15 dərəcə istilikdir. Həddindən artıq yüksək temperatur sürətli vegetativ böyüməyə səbəb olur. Yarpaqların çox olması kök yumrularının inkişafı üçün mənfi təsir edir. Yarpaqların sayı çox olduqda turp inkişafdan dayanır.

Toxumlar cızıqlanmış yerlərə və ya düz torpağa əkilir. Əkimdə əsasən ən uyğun üsul sıra əkimidir. Sıra arası məsafə qırmızı turplarda 25sm, digər iki növdə 30-40 sm-dir. Toxum həm əllə, həm deşici alətlə edilə əkilə bilər. Turpun inkişafından və böyüklüyündən asılı olaraq daha sonra seyrəltmək mümkündür. Dərinlik və sıxlıq meyvələrin böyüklüyünə öz təsirini edir. Beləki bunlara riayət edilmədiyində turp yumrusu uzununa inkişaf edir və bu da satış üçün əlverişli olmur.  Əkimdən sonra bol su ilə suvarmaq lazımdır. Toxum əkini toxumun götürülmə tarixinə görə seçilir.

Qırmızı turp növü may-avqust aylarında, ağ turplar mart-may aylarında, becərilən turplar isə iyul-avqust aylarında əkilə bilər.

Gübrələnməsi

Turp təsərrüfatında torpağa hər hektara 2-3 ton yanmış heyvan gübrəsi tökülür. Torpağın analizindən asılı olaraq kimyəvi gübrə kimi hər hektara 50 kq ammonium sulfat, 35 kq super fosfat və 25 kq kalium sulfat verilə bilər. Qırmızı turpların yetişdirmə dövrü qısadır. Bu növlərdə gübrələmə əkimdən əvvəl torpağın 10-15 sm dərinliyinə verilməlidir. Digər növlərdə isə həm əkimdən əvvəl, həm də kökün formalaşmağa başladığı zaman gübrələnməlidir.

Qulluq və məhsul yığımı

Turp becərilərkən kök yumrularının keyfiyyətində sulamanın əsas təsiri vardır. Yetişdirilmə vaxtı diqqətə alınaraq daima suvarılmalıdır. Ağ və becərilən turp növlərində alaq otlarını təmizləmək və toxa ilə torpağı qatmaq lazımdır. Şaxtalı havalarda donma halları ilə qarşılaşmaq mümkündür.

Qırmız turp növünün əkimindən təxmini 3-4 həftə sonra məhsul yığıla bilər. Bu müddət digər turp növlərində 3 aydır. Turplar lazımi ölçüdə olduqda gecikdirmədən yığmaq lazımdır. Əks halda turpların içində xar yaranır. Bu vəziyyət satış zamanı problemlər yaradır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!