Tut ağacının yetişdirilməsi və qulluq

Tut ağacı becərilməsi həmişə aktual təsərrüfat növlərindən olub. Çünki bu ağacı həm meyvə (və quru meyvə) üçün, həm bəhməz, həm də ipək istehsalında istifadə edirlər.

Bu məqalədə sizə tut ağacının yetişdirilməsi qaydaları və özəlliklərindən danışacağıq.
tut ağacı agroexpert.az

Tut ağacı nəmli torpağı sevir. Bu səbəblə tut ağacları yetişdirmək istəyirsinizsə nəmli torpağa üstünlük verməlisiniz. Əks təqdirdə nəticə ala bilməyəcəksiniz. Hər bitkinin öz yetişdirilmə və suvarma yolları var.

Tut ağacı digər bitkilərlə müqayisədə susuzluğa daha davamlı bir bitkidir. Ancaq yenə də susuz  qalmamalıdır. Ağacınızı düzgün suvarsanız, ondan 50% məhsul əldə edə bilərsiniz. Verdiyiniz suyun miqdarı da çox vacibdir. Çox sulasanız nəticə ala bilməyəcəksiniz. Qaydalara uyğun olaraq suvarma etməlisiniz.

Gübrə hər bitkinin ehtiyac duyduğu bir maddədir. Bu səbəblə vaxtı çatdıqda bitkilərinizi gübrələsəniz daha yaxşı bir məhsul əldə edə bilərsiniz. Keyfiyyətli gübrələrin istifadəsi çox vacibdir. Bu detala da diqqət yetirməlisiniz. Tut ağacının digər bitkilər kimi gübrələnməyə ehtiyacı yoxdur, ancaq gübrə veriləndə daha yaxşı olur. Ağacınızın yaxşı böyüməsini istəyirsinizsə, azot və fosfat gübrələri seçməyiniz məsləhətlidir. Hər düşündüyünüz zaman gübrələmə etməli deyilsiniz. Bunun da öz vaxtı var.

Gübrələmə yaz, payız və yay aylarında edilir. Qış mövsümündə gübrələmə etsəniz, məhsulunuzdan yaxşı bir nəticə gözləməyin. Heç vaxt kimyəvi gübrələr seçməyin. Bu gübrələri bitkinizə çox az versəniz belə bitkinizə zərər verər və hətta ağacın yanmasına səbəb olar. Bu səbəblə diqqətli olmaq faydalıdır. Tut ağacına qulluğun öz xüsusiyyətləri var. Bu xüsusiyyətlər qısaca aşağıdakılardır:

Tut ağacının becərilməsində iqlim çox vacibdir. Tut ağacı mülayim iqlimi sevir. Bu məlumatlara uyğun olaraq ağaclarınızı yetişdirməyə çalışmalısınız.

agroexpert_Az tut yarpağı

Tut ağacı üçün torpaq seçimi xüsusi əhəmiyyətə malikdir. Duzlu və gilli torpaqlar tut ağacının əkilməsi üçün ideal torpaq seçimidir. Bitkinizdən məhsul almaq istəyirsinizsə, bu torpaq növünü seçməlisiniz.

  • Tut ağacınızı suvararkən suyunuzun keyfiyyətli olması vacibdir.
  • Gübrələmə üçün torpaq analizi etmək də çox faydalı olacaq.

Hər bitki ayrıca qayğı tələb edir. Bitkilərinizi körpələr kimi düşünə bilərsiniz. Elə bitkilər də körpələr kimidir. Dünyaya gəldikdə hər ehtiyaclarını qarşılamalısınız. Onları tez-tez suvarmaq lazımdır. Vaxtında gübrələmə etməlisiniz. Budama da xüsusi əhəmiyyət kəsb edir. Bunları etsəniz, bitkinizdən istədiyiniz məhsulu əldə edə bilərsiniz. Bu proses səbir tələb edən bir prosesdir. Hər şeyə düzgün əməl etsəniz, nəhayət istədiyinizi əldə edəcəksiniz.

Tut ağacı həm də ipəkqurdu yetişdirmək üçün lazımdır.

Mütəxəssislərin fikrincə, tut ağacının yetişdirilməsi üçün ən uyğun yer örtük sahəsidir. Belə olduqda hər bitki üçün bərabər səviyyədə qulluq göstərilir. Bu məhsuldarlığa öz təsirini göstərir. Ağaclar arasındakı məsafəni yaxşı tənzimləmək lazımdır. Ağacların yarpaqları bir-birinə toxunmamalıdır. Yarpaqları hər il yazda kəsmək lazımdır. Tut ağacının əkilməsi vaxtı payızda başlayır. Ən ideal ay isə noyabr ayıdır.

Tut ağacınızı başqa bitkilərlə bir ərazidə əkmiş olsanız, ağaclar arasındakı məsafəni bir az daha aralı tutmalısınız. Bu vacib bir detaldır. Tut ağacından istədiyiniz məhsuldarlığı əldə etmək istəyirsinizsə, ağacınızı əkdiyiniz yerə də diqqət yetirməlisiniz.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669