Tut qurusunun faydaları

Tut dəmir baxımından zəngin, sidik qovucu, şişi aradan qaldıran, bağırsaq qurdlarına qarşı təsirli bir meyvədir. Təzə tut ilə tut qurusunun arasında əhəmiyyətli fərqləri var. Təzə tut toplandıqdan sonra bir neçə saatda kimyəvi dəyişikliyə məruz qaldığından dərhal istifadə edilməlidir. Qış aylarında istifadə edilmək üçün günəş altında qurudulan tutlar  xüsusilə ekzemaya qarşı möcüzəvi təsir göstərir.

tut qurusu

Kalsium və dəmir anbarı olan tut qurusu, B1, B2 və C vitamini baxımından da olduqca zəngindir. Qan yaradan və enerji verən xüsusiyyəti hər kəsin istifadə edəcəyi bir qidadır. Tərkibindəki vitaminlər sayəsində xərçəngin belə qarşısını alan tut qurusu bir çox xəstəliklərə  yaxşı təsir edir.

Tut qurusunun faydaları nələrdir?
  • Xüsusən ekzema yaranmasında müalicə etmə təsiri var.
  • Damar sərtliyini qarşısını alma təsiri var.
  • Vücuda qüvvət verici bir qidadır.
  • Anemiyanın qarşısını almaq üçün istifadə edilməlidir.
  • Ac qarnına istifadə edildikdə, bağırsaqların işləməsinə və sidik qovmağa səbəb olur.
  • Ağızda, badamcıqda , boğaz iltihabında, diş əti xəstəliklərində tut qurusu istifadə edilməlidir.
  • Öskürəyi kəsmək üçün işlədilir.
  • Qara ciyəri qüvvətləndirici təsiri var.
  • Qızdırma əleyhinə təsir göstərir
  • Mədə və bağırsaqların nizamlı işini təmin edir
  • Ac qarnına istifadə edildikdə bağırsaq qurdlarının azaldılmasında təsirli olur
Qandakı iltihablarda tut qurusunun istifadəsi

Orta əsrlərdən tut qurusu və yarpaqları iltihablı xəstəliklərdə istifadə edilir. Yarpaqlarında təbii antibiotik və antiseptik xassəli maddələr olduğuna görə tut qurusu və yarpaqları ilə hazırlanmış çayla edilən sarğı , xüsusilə şəkər xəstələrinin bağlanmamış yaralarının yaxşılaşdırılmasında təsirlidir. Qanda iltihab olanda, tut qurusu məcunu tətbiq edilməlidir. Bu qandakı yüksək CRP (creactiv zülal) səviyyəsini salır.

Ekzema yaralarında tut qurusundan istifadə

Ekzeması olan adamlar əllərində çatlar və qanaxma olmağından narahat olurlar. Bu yaralarda ağ tut qurusu istifadə edilməyə başlandıqda, bir neçə gündə təsirini göstərir.

Tut qurusu məcunun hazırlanma qaydası

Yarım litr suyu qazanda qaynadın. Bunun içinə bir ovuc tut qurusu tökün. Bu qarışığı  7 dəqiqə zəif odda bişirin. Daha sonra qarışıq  əli yandırmayacaq qədər ilındıqda ekzema yaralarına yaxın. Və ya əlləri bu suyun içinə də batırın. Əlləri bir saat yumayın. Daha sonra yalnız su ilə durulayın. Bu tətbiqi həftədə 3 dəfə etmək olar.  Ancaq qarışıq hər dəfə təzə olaraq hazırlanmalıdır.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!