Üç əsas qarağat xəstəliyinə qarşı dözümlü yeni qarağat növləri

Qarağat bitkisinin ən təhlükəli xəstəlikləri  kif və pasdır, əsas zərərvericisi isə gənədir.

Rusiya Elmlər Akademiyasının jurnalında (2020, may-iyun buraxılışı) qarağatın yeni növlərinin yaradılması haqqında məqalə dərc olunub.

Seleksionerlər  qarağatın daha dözümlü sortlarını yaratmaq üçün sahələrində çalışırlar. Qarağatın zərərli xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini, məhsulun keyfiyyətini və məhsuldarlığını artırmaq, mexanikləşdirilmiş yığım üçün daha yararlı hala gətirmək əsas məqsədlərdi.

Qarağat sortlarının müasir tələblərə cavab verməsi üçün donorları və iqtisadi cəhətdən dəyərli xüsusiyyətləri daim müəyyənləşdirilməli və sonradan seleksiya prosesində istifadə edilməlidir. Ən perspektivli çeşidləri  müəyyən etmək üçün müxtəlif ekoloji və coğrafi mənşəli yeni növlərin daimi monitorinqi lazımdır. Məqalədə bu bitkinin xəstəliklərə və zərərvericilərə qarşı müqavimətini artıra bilmək üçün, yaxın və uzaq xaricdən əldə edilmiş qarağat növlərinin müxtəlif tədqiqatlarının nəticələri təqdim olunur.

Tədqiqatlar ortaya çıxardı ki, Orlovski bölgəsi şəraitində demək olar ki, bütün növlər toz küfünə orta və yüksək dərəcədə həssaslıq göstərir, pas və gənələrə isə orta dərəcədə müqavimət göstərir.

Amerika toz küfü xəstəliyi (Sphaerotheca mors uvae (Schw) Berk et Gurt.) may ayının sonlarında qarağatın, yarpaqlarında ağ örtük şəklində görünür. Bu əlamətlər daha sonra gənc tumurcuqların üzərində görünür.

Xəstəliyin kütləvi inkişafı iyulun ortalarında və sonunda baş verir. Toz kifinin məğlubiyyəti və yayılması yoluxucu yükdən və iqlim şəraitindən çox asılıdır.

Sütunlu pas xəstəliyi də (Cronartium ribicola Dietr.) əhəmiyyətli ziyana səbəb olur. Bu xəstəliyin simptompları hər iki-dörd ildən bir müşahidə olunur. Xəstəliyin inkişafına yazın ikinci yarısında nəmli və isti hava səbəb olur. Bu xəstəlik yarpaqların vaxtından əvvəl qurumasına və tökülməsinə səbəb olur.

Gənə isə (Cecidophyopsis ribis) qarağatın ən təhlükəli zərərvericilərindən biridir. Bu zərərvericinin zərərləri son illərdə daha da artıb. Təsirə məruz qalan qarağatlar şişir, şar formasını alır, yazda çiçəklənmirlər və məhv olurlar. Gənənin yayılmasına rütubətli, isti hava, həmçinin mexanikləşdirilmiş məhsul yığımı səbəb olur.

2020-ci il üçün qarağatın genetik kolleksiyasına 130-dan çox çeşid nümunəsi daxildir. Bu bitki mədəniyyətinin əsas tədarükçüləri elmi tədqiqat müəssisələri və təcrübi seleksiya stansiyalarıdır.

Çeşidlərin gənəyə müqaviməti ilə qiymətləndirilməsi tədqiq olunan sortların əksəriyyətinin bu sahədə yüksək müqavimət göstərdiyini göstərdi. Avropa qarağatı, Sibir qarağatı və yabanı qarağat növlərindən əldə edilən sortların əksəriyyəti gənəyə qarşı davamlı oldu.

Çeşidləri bu xəstəlik növlərinə müqavimətinə görə qiymətləndirmə nəticəsində, seleksiya yolu ilə yeni, daha dözümlü qarağat növləri yaradıldı. Bunlar “Severyanka” və “Tisel” adlandırılan yeni çeşidlərdi.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!