SEO: uğurlu bir paylaşımın hekayəsi

Maraqlı sayt düzəltmək texniki cəhətdən artıq qəliz məsələ deyil. Məqalə yazmaq vəya yazdırmaq da mümkündür. Amma bax bu saytı axtarış motorlarında ilk sıralara çıxarmaq, oxuyucu cəlb eləmək çətin prosesdir. Bu işə SEO deyirlər.

Sizinlə bir maraqlı təcrübəmi paylaşmaq üçün belə bir məqalə yazıram, qətiyyən təkəbbür və ya xodfüruşluq eləmək niyyətim yoxdur. SEO haqqında çox yazılır, çox oxuyursunuz. Amma razılaşarsınız ki, konkret uğurlu sxemləri təyin eləmək ya çox vaxt alır, ya da çox vəsait.  Ona görə hərkəs uğurlu sxemləri, təcrübələri paylaşarsa faydalı olar. Unutmayın ki, bilik paylaşdıqca artar.

Biz agroexpert saytını bir-neçə aydır aparırıq. Əvvəlcə wordpress.com-da kontenti doldurduq, daha sonra başqa hosta köçürdük. Artıq 1 həftədir sayt hazırdır. Və dünən “Balıqların adları” ilə bağlı məqaləni (məqalə linki burda) məşhur FB balıqçılar səhifəsində axşam 5-6 radələrində paylaşıb evə getdim. Bu məqalə google-da çox axtarılan açar söz əsasında yazılmışdı. İnsanlar “balıqların adları və şəkilləri” sözünü çox axtarır. Ola bilsin bunlar ya balıqçılardır, ya da uşaqlarına dərslərində yardım edən valideynlərdir. Tam araşdırma etməmişəm hələ ki. Nə isə axşam da statistikaya baxa bilmədim. Səhər işə gələrkən nəticəyə baxdım, düzdür trafik belə də böyük deyil. Amma nəzərə alın ki, mən FB reklama bir cent də xərcləməmişəm.

agroexpert_paylasim_seo

Azərbaycan balıqçılar ittifaqı qrupunda 9000-ə yaxın üzv var. 4-5 saat ərzində 60 like, 12 share. Nəticədə bir gündə bir məqalədən 285 baxış… Və bu davam edəcək…

Demək istədiyim odur ki, SEO üçün ən vacib faktor yaxşı məzmundur (kontent). Yəni:

  • İlk öncə saytınızın ruhuna uyğun nsanlar nə axtarır təyin edin (keyword trends)
  • ona uyğun yaxşı məqalə yazın. (copy-paste olmasın)
  • onu sosial şəbəkələrdə uyğun qrup və səhifələrdə paylaşın
  • çay süzün və gözləyin (bu arada şərhlərə cavab yazın)

Nəticə çox gözlətməyəcək. Uğurlar!!!

SEO haqqında digər yazılar üçün bura baxa bilərsiniz. Sizin də fərqli uğurlu seo hekayələriniz varsa bizimlə paylaşsanız minnətdar olarıq. Bərabər yardımlaşıb xarici böyük bazarlara çıxmaq lazımdır. Ona görə burda bir-birimizi rəqib görməyək əziz Seo-lar…

Qeyd: Bu məqaləni yazıb bitirdiyim müddətdə artıq 65 like və 14 paylaşım var.

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673