Ukrayna: 6 məşhur aqrar internet resurs

Ukrayna bazarı azərbaycanlı biznesmenlər üçün hər zaman cəlbedici olmuşdur. Ukraynada bütün dövrlərdə aqrosektor yaxşı inkişaf etdiyi üçün ordan dünya bazarlarına kənd təsərrüfatı malları ixrac edilir. Düşünürəm ki, bizim biznesmen və fermerlər üçün bu nüans maraqlıdır. Ona görə onlar üçün Ukraynada kənd təsərrüfatı ilə bağlı ən yaxşı internet resursların siyahısını hazırladıq. Eyni zamanda bu məqalə aqroresurs düzəltmək istəyənlər üçün də yaxşı mənbə olacaq.
  1. Latifundist Media latifundist

    Bu bir neçə internet saytın birləşdiyi bəlkə də Ukrayna kənd təsərrüfatı haqqında ən əsas məlumat mənbəyidir.
    Auditoriyası: Fermerlər, Aqroholdinqlər və kənd əhalisi
    Özəllikləri: Burda traktordan tutmuş, aqromotivli köynəklərə, müxtəlif rəngləmə albomları əldə etmək mümkündür.

  2. AgroPortal 

    Yaşı az olsa da özünə xeyli izləyici yığa bilib. Xəbər, bloq və məqalələr yerləşdirirlər.
    Auditoriyası: Aqrar universitet tələbəsindən tutmuş, beynəlxalq ekspertlərə kimi.
    Özəllikləri: Bloq aparmaq mümkündür. Bu bloqda ən yaxşı mütəxəssisləri oxumaq olur.

  3. APK-İnform

    1996-cı ildəm fəaliyyət göstərir və əsasən aktual təhlillər aparmaqla məşğuldur. Xəbərlər yayımlayır, müxtəlif sərgi və konfranslar təşkil edir.
    Auditoriyası: Ekspertlər, top-menecerlər, investorlar və şirkətlər.
    Özəllikləri: Aqrar media bazarında 20 illik uğurlu fəaliyyət.

  4.  ProAgro

    2002-ci ildən fəaliyyət göstərən bu platforma kənd təsərrüfatı bazarlarının dərin təhlilini aparır, informativ və konsaltinq xidməti göstərir, öz işini qurmaq üçün biznes-planların hazırlanmasını təşkil edir.
    Auditoriyası: Ekspertlər, top-menecerlər,  şirkətlər.
    Özəllikləri: Eksport və import, heyvandarlıq sahələrində təzə qrafikləri əldə edə biləcəyiniz pullu bölməsi var.

  5.  AgroNews

    Bu portal yerli və xarici mütəxəssislərin işlərini işıqlandırır. Həmçinin araşdırmalarla məşğul olur, bazar və torpaq haqqında qrafiklər yayımlayır. TV kanalları ilə əməkdaşlıq edir.
    Auditoriyası: Kiçik və orta biznes.
    Özəllikləri: Ekskluziv qiymət monitorinqi var.

  6. Agrostory.com

    Burda hərkəs öz məhsulları, şirkəti və alqı-satqı barədə məlumat yerləşdirə bilər. Eyni zamanda bitki xəstəlikləri barədə məlumat əldə eləmək mümkündür. Saytın ən gözəl bölməsi “Лаборатории знаний”-dir. Burda uğurlu biznes hekayələr anlatılır. (məsələn zəfəran əkini haqqında)
    Auditoriyası: Kiçik və orta biznes, fermerlər.
    Özəllikləri: Yeganə internet resursdur ki, Ukraynadakı aqrar şirkətlərin aktual tenderləri yerləşdirilir.

 

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669