Ukrayna Rusiya bazarından asılılığını sıfıra endirib

Analtiklərin fikrincə, Rusiya bazarına meyvə və tərəvəz tədarükünə qoyulmuş embarqo illərində Ukrayna bağbanları və tərəvəz yetişdiriciləri bu bazar asılılığından tamamilə qurtuldular və hətta ixrac həcmlərini də artırmağı bacardılar.

2012-2013 mövsümündə Rusiya Ukraynadan gətirilən meyvə və tərəvəzin əsas bazarı idi.
rusiya bazarı agroexpert.az

Təqribən 75 milyon ABŞ dolları dəyərində olan bütün meyvə-tərəvəz ixracının 29% -dən çoxu bu ölkəyə göndərildi. Həmçinin Ukrayna tərəvəz, meyvə, giləmeyvə və qoz-fındıq ixracının təxminən 3% -i Belarusiyaya ixrac edilirdi.

2019-2020 mövsümündə isə Ukrayna meyvə və tərəvəzinin əsas bazarı Avropa Birliyi ölkələri oldu. Avropa Birliyi ölkələri artıq Ukraynadan gətirilən meyvə, giləmeyvə, tərəvəz və qoz-fındıq ixracının 67 faizini təşkil edir. Ukrayna meyvə və tərəvəzinin digər 14% -i Yaxın Şərq ölkələrinə, yalnız 7% -i Belarusiyaya ixrac edilir ki, daha sonra bu məhsulların bir qismi yenidən Rusiya bazarına ixrac edilir.

Ticarətçilərin fikrincə, Ukraynadan tərəvəz və meyvə tədarükündə Rusiya bazarının real payı dəyər baxımından 3% -dən 5% -ə qədərdir. Yəni son yeddi il ərzində Ukrayna bağçılıq təsərrüfatının Rusiya bazarına tədarükündən asılılığı təxminən yeddi dəfə azalıb. Rusiya ilk dəfə olaraq 2019/2020 mövsümündən sonra Ukrayna bağçılıq məhsulları satın alan ölkələrin siyahısında ilk onluqdan kənarda qaldı.

Bəs Ukrayna məhsullarının ən çox ixrac edildiyi ölkələr hansılardır?

Hazırda, Polşa Ukrayna meyvə-tərəvəz məhsullarının əsas bazarı olaraq qalır. Ukrayna meyvə-tərəvəz məhsullarının təxminən 17%-i Polşa bazarlarına ixrac edilir. Ukraynadan qoz-fındığın geniş miqyaslı alışına görə Türkiyə, ikinci yeri tutur, təxminən 10% Fransanın isə payı 7% -dən çoxdur.

Ukraynada soğanın, Rusiyada kartofun qiyməti artır səbəbi nədir?..

Fransa əsasən Ukraynadan dondurulmuş giləmeyvə və qoz idxal edir. Həmçinin Fransa  Ukrayna almasını da idxal edir və son vaxtlar dondurulmuş tərəvəz idxalını da artırmaqdadır. Polşa da həmçinin Ukraynadan dondurulmuş giləmeyvə, meyvə və tərəvəz, həmçinin təzə istixana pomidor və xiyarını idxal edir. Ukraynanın Polşaya ixrac etdiyi məhsullar arasında göbələk, quru meyvə, soğan, qarpız, qovun, kələm, çuğundur, albalı, sarımsaq və hətta alma da var.

Rusiyanın aqro milyonerləri..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!