Ukraynada 3 yeni armud çeşidi yaradılıb

Ukrayna Bağçılıq İnstitutunun alimləri calaq vasitəsilə əldə etdikləri üç yeni armud növünü təqdim etdilər.

Bu barədə Ukrayna Milli Elmlər Akademiyasının Bağçılıq İnstitutunun meyvə bitkilərinin seleksiya və texnologiya laboratoriyasının müdiri, kənd təsərrüfatı elmləri namizədi Yuliya Xodakovskaya məlumat verib.

Ukrayna alimləri, müəllifləri məşhur seleksiyaçılar V.P. Kopan və K.M. Kopan payız armudu çeşidi olan “Vıjnitsa” (“Vyzhnitsa”) məhsulunu təqdim etdilər.

Bu çeşid yüksək dad və ləkə xəstəliklərinə müqavimətinə görə çox populyardır. Bundan əlavə, ağac çox böyük sürətlə böyüyür və meyvələr dekabr ayına qədər soyuducuda saxlanıla bilər. Bu armudun üstünlükləri arasında yüksək sabit bir məhsuldarlığa sahib olması və heyva ilə calaq edilə bilməsidir.

Alma və armud ağaclarının budanması…

armud növü yaradılıb agroexpert.az

Həmçinin erkən payız armudu olan “Veresneve Divo” (Sentyabr möcüzəsi”) çeşidi də təqdim edildi. Bu yeni  armud növünün müəllifi M.V. Matvienkodur. Yeni çeşid armud bitkisinin əsas xəstəliklərinə qarşı davamlıdır və yüksək orta məhsuldarlığı ilə xarakterizə olunur – 45-50 t / ha.

Üçüncü yeni armud çeşidinin adı isə bir az qəribədir: “Çin çırağı”

Bu armud çeşidi qış mövsümü növüdür. Bu çeşidi yaratmaq üçün yalnız göbələk xəstəliklərinə davamlı olan növlərdən yox, həm də bakteriozlara təbii genetik müqavimət göstərən Şərqi Asiya növlərindən istifadə edilib.

“Çin çırağı” armudu da çox perspektivli, yüksək məhsuldarlığı ilə seçilən çeşiddir.

Alimlər bu çeşidin hələ ki, sınaqdandan keçirildiyini və bu il Ukrayna sortlarının Dövlət Reyestrinə daxil olacağını qeyd ediblər.

Armud doşabı necə hazırlanır?...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!