Ukraynada karantin müddətində kənd təsərrüfatı müəssisələrinin fəaliyyəti

Karantin bütün işləri dayandırmaq üçün bəhanə ola bilməz. Maskaların istifadəsi, dezinfeksiyaedici vasitələrin köməyi və ofis işçilərinin onlayın fəaliyyəti işləri davam etdirməyə kömək edir.

Şəxsi qoruyucu vasitələr toxum, gübrə və pestisidlərlə yanaşı fermerlər üçün bunlar da əlavə xərcə çevrilib. Ancaq hər kəs öz ehtiyaclarını başa düşür və işçiləri xilas etməyə çalışır. Həm də qıtlıq və əsassız qiymət etiketinin artması şəraitində ehtiyacımız olan hər şeyi tapmaq çətinləşib.

Karantin rejiminin elan olunmasının ilk günlərindən (yazdan) Ukraynanın kənd təsərrüfatçıları bu məsələlərə maksimum ehtiyyatla yanaşaraq zərərlərini minimuma endirməyə çalışırlar.

Bəs bəzi şirkətlər necə uğur qazanırlar və kənd təsərrüfatı şirkətləri karantin rejiminə riayət etmək üçün nə qədər pul xərcləyirlər?

Karantin şəraitinin yaratdığı yeni şərtlər

“Seven Fields” fermasının sədri Roman Paseçnik, karantin istehsal proseslərinə  təsir etmədiyini söyləyir. “İşləyirik, əkirik. Bizi başqa bir şey narahat edir – karantinin nə qədər davam edəcəyini təxmin edə bilmirik. Həmçinin bizim yetişdirdiyimiz tərəvəz qrupunun qiymətinin də nə qədər enəcəyini bilmirik”.

Daha böyük kənd təsərrüfatı şirkətləri də planlarından əl çəkmək niyyətində deyillər. Karantin tətbiq edildikdən sonra, “Aqro Region” dərhal Covid-19 epidemiyası zamanı işləmək üçün bir komitə yaratdı. Bu, bölmələrin qoruyucu avadanlıqlarla – maskalar, əlcəklər, eynəklər, kostyumlar, dezinfeksiyaedici maddələr, sterilizatorlar, kvars lampaları, termometrlərlə təmin edilməsi ilə bağlı məsələlərlə məşğul olan qərargahdır.

Bundan əlavə, qərargah kənd əhalisini məlumatlandırır, rayon xəstəxanaları və feldşer məntəqələri ilə əlaqə yaradır və lazımi qoruyucu vasitələrlə təmin edir. Həmçinin qaynar xətt də fəaliyyət göstərir.

Xəstəlikdən qorunmaq barədə məlumatlandırma aparılır. On minlərlə maska ​​və və böyük həcmlərdə antiseptiklər alınır.

AqroGenerasiya şirkətindən bildirilib ki, karantin dövründə 20 min birdəfəlik qoruyucu maska ​​və 16,5 min əlcək alınıb. Həmçinin bütün bölmələrdə kifayət qədər miqdarda antiseptik olduğu deyilir. Mühafizə vasitələri təkcə ofis binalarında deyil, həm də mexanikləşdirilmiş briqadalarda, liftlərdə, anbarlarda və yeməkxanalarda verilir.

Həmçinin səhmdarları da mümkün qədər məlumatlandırmağa çalışırlar. Həkimlərin tələblərinə riayət etməyə, xüsusi ehtiyac olmadan çölə çıxmamağa çağırırlar.

Plana uyğun əkin

“AGROTRADE” qrupunun maliyyə və əməliyyat işləri üzrə direktoru Elena Voronanın sözlərinə görə, qrupun bütün 17 müəssisəsi normal işləyir.

“Karantin əkin mövsümünün vaxtına və həcminə təsir göstərməyib. Yük daşımalarında və tədarük zəncirində də fasilələr yoxdur. Ancaq karantin vəziyyətini nəzərə aldıq, toxum və bitki qoruma məhsullarının tədarükünü sürətləndirdik. Bu gün demək olar ki, ehtiyacınız olan hər şeyi tədarük etmişik” – Elena Vorona deyir.

Eyni şeyləri “Aqro-Region” da bildirib. “Əkin ilə bağlı heç bir çətinlik olmayacaq. Bunun üçün əvvəlcədən hazırlandıq, lazımi ehtiyatları gördük: gübrələr, toxumlar, bitki qoruma məhsulları. Tək narahatlığımız işçilərin sağlam olmasıdır ” deyə Rıbaçenko əlavə edib.

Bəs fermalarda nə baş verir?
iribuynuzlu cinsləri - inək cinsləri inək sürüsü -agroexpert.az

Heyvandarlıqla məşğul olanlar üçün vəziyyət daha çətindir. Mal əti heyvandarlığı məktəbinin qurucusu İon Moraru qeyd edir ki, bu anda heyvanların yetişdirilməsində ön planda super innovativ avadanlıqılar deyil, insanlar dayanır. İstehsal prosesi zamanl işçilər heyvandarlıq, çoxalma, gənc heyvanların yetişdirilməsi, qidalanma, süd vermə işlərində iştirak edirlər.

Oxşar vəziyyət donuzçuluqda müşahidə olunur. “KSG Agro”-dan deyilir ki, əsas vəzifə donuz kompleksinin işiinin asılı olduğu işçilərin sağlamlığını təmin etməkdir. Onlar karantinin ilk günlərində profilaktik tədbirlər proqramı yaydıqlarını və tətbiqinə ciddi nəzarət etdiklərini bildiriblər.

Eyni zamanda, donuz müəssisələri bundan əvvəl də “Afrika donuzu vəbası” xəstəliyi ilə mübarizə üçün hərtərəfli sərt tədbirlər proqramına sahib idilər. Buna görə istehsalçılar  COVID-19 qarşısının alınması ilə bağlı sadəcə bəzi əlavə tədbirlər görməklə kifayətləndilər.

Həmçinin xərclər də artır

Əlbəttə ki, karantin tədbirləri əlavə xərclərin yaranmasına səbəb olur, lakin KSG Agro-ya görə bu o qədər də kritik deyil. Digər bir problem isə artan tələbatın qiymətdə öz əksini tapması oldu.

Bazar iştirakçıları isə  dərman vasitələrinin alınmasının çətin  olmadığı ilə razılaşırlar.

“Eyni termometrlərin sayını beş dəfə artırmaq məcburiyyətində qaldıq, hətta epidemiyanın əvvəlində də qiymətlər bir neçə dəfə artdı. İlk sifarişdə termometrlərin birini 3000 UAH (1 UAH – 0,06 AZN), sonuncu sifarişdə isə 6000 qrivenə sifariş etdik,

Rıbaçenko deyir. “Maskaların qiymətlərində də eyni hal təkrarlandı. Öz növbəsində Yulia Efimova isə əlavə etdi ki, şirkət birdəfəlik maskalara təxminən 60 min  UAH (3,600 AZN) xərcləyib. Əlavə 250 min UAH (15000 AZN) isə FFP2 və FFP3 respiratorlara xərcləndi. Dezinfeksiyaedicilər və tibbi əlcəklər üçün isə müvafiq olaraq 40 və 20 min UAH-ın xərcləndiyi deyildi.

Təbii ki, kiçik fermerlər üçün daha az xərclər olub. Ancaq bu yalnız istehsalın miqyası ilə əlaqələndirilir. “Seven Fields” isə hər işçi başına həftədə 300 UAH xərclədiklərini deyib.

Eyni zamanda, bazar iştirakçıları başa düşürlər ki, indi əsl birləşməyin vaxtıdır. Buna görə də bir-birlərinə kömək edirlər. Bu gün ən böyük yerli kimyəvi bitki qoruma məhsullarının istehsalçısı olan UKRAVIT, fermerlərə bu vəziyyətdə dəstək olmaq üçün onların dezinfeksiyaedici maddələrə olan ehtiyacını ödəməyə kömək etdi.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!