Ukraynada kənd təsərrüfatının inkişaf istiqamətləri

Kənd təsərrüfatı Ukrayna iqtisadiyyatına ən böyük tövhəni verən sahələrdəndi. Ölkə kənd təsərrüfatının inkişafına  təkan verən əlverişli iqlimə və demoqrafik vəziyyətə sahibdir.

Sovet dövründə Ukrayna Ümumittifaq taxıl sahəsi hesab olunurdu, onun əkin sahələrinin sahəsi təxminən 32 hektardır və bu Avropadakı bütün əkin sahələrinin 1/3 hissəsini təşkil edirdi. 2014-cü ildə Ukrayna taxıl ixracında dünyada altıncı, qarğıdalı ixracında  üçüncü, Avropada şəkər çuğunduru və yerkökü istehsalında isə birinci oldu.

ukraynada kənd təsərrüfatı agroexpert.az

Ukraynanın əsas taxıl məhsulu – qış buğdasıdır. Onu daha çox meşə-çöl və çöllərdə əkilir ki, bu da ölkənin şimal bölgələridir. Bahar buğdasının qış buğdası ilə müqayisədə daha az məhsulu olur.

Günəbaxan texniki bitkilərin ümumi sahəsinin üçdə ikisini (2,1 milyon hektar) tutur. Günəbaxanın əsas sahələri çöl zonasında və meşə-çöl zonalarının cənubunda cəmlənmişdir. Bitkilərin ən yüksək konsentrasiyası Donetsk, Dnipropetrovsk, Luqansk, Zaporojya bölgələrində müşahidə olunur.

Texniki bitkilər arasında vacib bir yeri də şəkər istehsalı üçün istifadə olunan şəkər çuğunduru tutur. Şəkər çuğunduru yetişdirmək üçün ən yararlı torpaqlar meşə-çöl sahələrində, şimal bölgəsindəki çöllər və Polesyanın cənub hissəsidir.

Tütün plantasiyaları Krımda, Dnestryanı ərazilər və Zakarpatyada daha çox yayılmışdır. Çörək və pivə sənayesinin ehtiyacları üçün хмель (?) istifadə olunur. Bu bitki əsasən Jitomit və Rovensk bölgələrində yetişdirilir. Dərman bitkiləri yetişdirən əsas bölgə isə Krımdır.

Kartof və tərəvəzlər vitaminlərlə zəngin olan qida ərzaqlarıdı. Onlar həm də qida və yem sənayesi üçün ən vacib xam maldır.

Kartof istehsal baxımından taxıldan sonra ikinci yeri tutur. Onu daha çox spirt və kraxmalın texniki emalında, həmçinin qida və heyvan yemləməsində istifadə edirlər. Kartof istehsalının əsas sahələri Ukraynanın meşəlik və meşə çölləri, həmçinin böyük şəhərlərin ətraf əraziləridir.

Tərəvəz yetişdirilməsi bütün Ukraynada yayılmışdır. Tərəvəz bitkilərinin ən yüksək konsentrasiyası böyük şəhərlərin ətrafında yerləşən təsərrüfatları xarakterikdir ki, onların da məqsədi əhalini təzə məhsulla təmin etməkdir. Məsələn, Polesyedə əsasən xiyar, yerkökü, süfrə çuğunduru, kələm becərilir. Çöllərdə – xiyar, pomidor, meşə çölündə soğan, pomidor, bibər, badımcan əkini ilə məşğul olunur. Mərkəzi və cənub bölgələrində isə albalı, qoz-fındıq, ərik və digər meyvə ağaclarının yetişdirilməsi geniş yayılıb.

Böyük üzüm sahələri Ukraynanın cənubunda və Zakarpatiyada yerləşir. Bütün üzüm sahələrinin təxminən 80% -i Xerson, Odessa və Krım bölgələrində cəmləşmişdir. Krımın cənub hissəsində yüksək keyfiyyətli Avropa sortları yetişdirilir.

Aparıcı sahələrdən biri də çuğundur istehsalı sayılır. Taxıl bitkiləri arasında əsas olanlar buğda və qarğıdalı, o qədər də əhəmiyyətli sayılmayanlar isə arpa, çovdar, darı, qarabaşaq və noxuddur.

Təbii və iqlim şəraitinin misilsiz töhfəsini nəzərə alsaq, şaftalı, ərik, alma, gavalı, armud və albalı əkin sahələrini genişləndirmək lazımdır.

Bununla yanaşı, tərəvəz (pomidor, badımcan, şirin bibər) və bostan məhsullarının (qovun, qarpız) əkin sahələrini artırmaq lazımdır. Kənd təsərrüfatının inkişafında istixanaların nə qədər vacib olduğunu unutmamaq lazımdır.

Şəhərətrafı təsərrüfat böyük şəhərlər və sənaye mərkəzləri ətrafında meydana gəlib.  Onun əsas vəzifəsi şəhər əhalisini az daşınan kənd təsərrüfatı və heyvandarlıq məhsulları ilə təmin etməkdir. Əsas sahələr tərəvəzçilik, bağçılıq, quşçuluq, süd  məhsulları və ətçilikdir. Şəhərətrafı təsərrüfatda istixanalar da inkişaf etdirilir.

Kənd təsərrüfatı əraziləsi baxımından Ukrayna dünyada ilk yerlərdən birini tutur. Əkin sahələrinin ən böyük hissəini taxıl bitkiləri, xüsusən də buğda tutur. Taxıl bitkilərin becərilməsində eninə zonalaşma mövcuddur.

Bu da Ukrayna kənd təsərrüfatı ilə bağlı bəzi statistik məlumatlar.

1 mart 2008-ci il tarixinə Ukraynada heyvan başlarının sayı 5,7 milyon olub.

Qarğıdalı məhsulu:

  • 1998 – 2.3 milyon ton,
  • 1999 – 1.7 milyon ton,
  • 2006 – 6.426 milyon ton,
  • 2007 – 7.424 milyon ton.

Ukrayna taxılın əsas ixracatçısıdır. Ölkə bir mövsümdə təxminən 26 milyon ton taxıl istehlak edir. Hər il ölkə taxıl ixracından 3 milyard dollaradək gəlir əldə edir.

2011-ci ildə ukraynalı fermerlər ölkənin müstəqillik illərində rekord sayıla biləcək miqdarda – 58 milyon ton taxıl və paxlakimilər sinfinə aid məhsul yığdılar.

Ukraynanın iqtisadiyyat sektorunda heyvandarlıq elə də böyük rol oynamır. Səbəbi nədir? Burada əsasən ət və süd istiqaməti, donuzçuluq, qoyun və müxtəlif quş növləri təsərrüfatları inkişaf etməkdədir. Bu sahələr haqqında isə növbəti məqaləmizdə bəhs edəcəyik.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!