Ukraynada qarpız bəhməzi sexi inşa edilir

Qarpız bəhməzi ukraynalı fermerlər üçün əlavə gəlir yeri ola bilər və bu məhsul Avropada uğurla satıla bilər.

Bu fikri Ukraynanın Xerson bölgəsindəki “Tavria Yaşıl Təsərrüfatlar” layihəsinin rəhbəri Aleksandr Dolinko söyləyib. O, bir ay əvvəl bu məhsulun istehsalı üçün mexanikiləşdirilmiş bir sexin inşasına başlayıb. İyulun sonuna qədər bu sexin tikintisini tamamlamağı planlaşdırır.

Aleksandr Dolinko bəhməzi uşaqlıqdan tanıdığını deyib. O zaman satılmayan qarpızlardan bəhməz hazırlayırdılar və bu bəhməz bahalı olan şəkər tozunu əvəz edirdi. O qarpız bəhməzinin hazırlanma prosesini belə xatırlayır: “70-100 il əvvəl qarpız suyu böyük qazanlarda alovlu atəşə verildi: 10-12 saat ərzində nəm buxarlandı və ondan bir növ mürəbbə meydana gəlirdi”.

Dolinko xatırladır ki, Tavria Yaşıl Təsərrüfatlarında ilk  dəfə qarpız bəhməzi 4 il  əvvəl hazırlanıb.

“Koronavirusdan əvvəl hər mövsümdə 30 min turist qəbul edirdik və onlara qarpız bəhməzimizdən daddırırdıq. Bu xüsusilə qışda maraqlı olurdu. Gördük ki, qarpız bəhməzi insanların xoşuna gəlir, tələb və qazanc olacaq, biz də bu işə başlamaq qərarına gəldik.

Onun sözlərinə görə, bu ilki mövsüm üçün 1 ton qarpız bəhməzi istehsal etməyi planlaşdırırlar.

“İstehsalımızı on qat artırmaq istəyirik. Payız və qışda qablaşdırıb daha sonra satacağıq. Biz bunu sərgilərdə nümayiş etdirəcəyik, turistlər arasında və İnternet vasitəsilə satışını həyata keçirəcəyik”

Dolinko, Ukraynada lisenziyalaşdırma sisteminin asanlaşdırılması sayəsində qarpız bəhməzini problemsiz satacaqlarını düşünürlər.

qarpız agroexpert.az
Bəs bu məhsulun satışı necə olacaq?

Onlar hələ bir qiymət təyin etməsələr də, bu fikrin əlavə pul qazanmağa kömək edəcəyinə inanırlar. Əlbəttə ki, yalnız bəhməz istehsalı istehsalçı üçün əsas gəlir mənbəyi ola bilməz. Onun fikrincə, bunlar o qədər də böyük gəlirlər deyil.

Dolinko həmçinin qarpız bəhməzinin Avropa bazarlarında böyük rəğbətlə qarşılaşacağını düşünür. Ancaq o qeyd edir ki, xarici bazarlara bu məhsulu çıxara bilmək üçün sahibkarlar birləşməlidirlər.

“Bunu tək etmək çox çətin olar. Sertifikat və təbii, keyfiyyətli məhsul əldə edə bilmək üçün daha böyük güc və maddi dəstək lazımdır.

O, artıq yerli restoranların qarpız bəhməzi ilə maraqlandıqlarını deyir.

Qarpız bəhməzi sadəcə dadlı deyil, həm də çox faydalıdır. Hər 100 qr. tərkibində 106 kalori var. Qarpız bəhməzi həmçinin şəkərli diabet xəstələri də istifadə edə bilər.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!