Ukraynada soğanın, Rusiyada kartofun qiyməti artır

Ötən həftədən Ukrayna bazarlarında soğana olan tələbatın artması müşahidə olunur. Bu səbəbdən Ukraynaya Qazaxıstan və Özbəkistandan soğan idxalı bərpa olunub. Həmçinin bu həftə Ukrayna bazarlarında Polşadan idxal olunan soğanlara da rast gəlmək olur.

Bu barədə EastFruit layihəsinin mütəxəssisləri məlumat verib.

Beləliklə, həftənin əvvəlində Ukrayna istehsalçıları soğanın bir kiloqramını 18-20 qriven (0.65-0.72 dollar) qiymətində satmağı bacarırdılarsa, bu gün daxili bazarda bu məhsulların təklifi satış qiymətlərinin bir qədər aşağı düşməsinə səbəb oldu. Beləliklə, hazırda soğanın bir kiloqramı 16-17 qriven (0.58-0.62 $ ) qiymətində satılır ki, bu da orta hesabla yenə də ötən iş həftəsinin sonuna nisbətən 37% baha başa gəlir.

qiyməti bahalaşır - kartof soğan agroexpert.az

İdxalçıların sözlərinə görə, bu gün Ukraynaya idxal olunan soğanın qiyməti 15 qriven (0.54 dollar) təşkil edir. Buna baxmayaraq, yerli məhsulların kəskin çatışmazlığı şəraitində bu məhsula tələbat hər gün artır. Ukrayna fermerlərinin anbarlarında soğan ehtiyatları tükənməkdədir. Təsərrüfatların əksəriyyəti artıq bütün mövcud məhsulları satıb və müəyyən ehtiyatlara sahib olanlar artıq satışları dayandırıblar. Bununla da bazarda alıcılar arasında süni həyəcan yaradılır və müvafiq olaraq qiymətlər artır.

Qeyd etmək lazımdır ki, bu gün Ukraynada soğan artıq keçən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 40% bahadır. Bununla yanaşı, bazar iştirakçılarının fikrincə, soğan bazarında qiymət artımı yeni məhsulların kütləvi gəlişinə qədər davam edəcəkdir.

EastFruit layihəsi mütəxəssislərinin məlumatlarına görə, Rusiya fermalarında kartof qiymətləri sürətlə artmaqda davam edir.

Bazar operatorlarının fikrincə, bu cür tendensiya yüksək keyfiyyətli kartof tədarükünün  azalması ilə əlaqədardır. Bundan əlavə, əksər fermerlər bu məhsulların satış mövsümünün bitdiyini də bildirirlər.

Hazırda əsas istehsal bölgələrində keyfiyyətli kartofun kilosu 10-17 rubl (0.17-0.22 dollar) qiymətində satışa çıxarılır ki, bu da son iş həftəsinin sonuna nisbətən orta hesabla 15% bahadır. Bazar iştirakçıları Rusiya Federasiyasında kartofun qiymətinin sürətlə qalxmasını tələbatın artması və aşağı keyfiyyətli kartof tədarükünün də əhəmiyyətli dərəcədə azalması ilə izah edirlər.

Qeyd etmək lazımdır ki, bu gün Rusiya Federasiyasında kartofun topdan satış qiyməti 2019-cu ilin aprel ayının əvvəlinə nisbətən artıq orta hesabla 15% bahadır. Bununla yanaşı, bazar operatorları kartof qiymətində artımın davam edəcəyini istisna etmirlər, çünki bu məhsulların ehtiyatları ev təsərrüfatlarında getdikcə azalır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!