Ukraynalı fermerlər niyə tut yetişdirməkdə həvəsli deyillər?

Ukraynada tut ağacı əsasən şəxsi sahələrdə yetişdirilir və demək olar ki, bir qayda olaraq, elə həmin ev təsərrüfatları tərəfindən istifadə olunur. Çox nadir halda bazara çıxarılır.

Ukraynada iri miqdarda tut məhsulu toplamaq çox çətindir, çünki bu giləmeyvənin ticari istehsalı inkişaf etdirilmir. Ayrıca, özləri üçün tut ağacları yetişdirən insanların çoxu, giləmeyvə ağ və qara rəngə bölərək çeşidlərlə yetişdirmirlər.

Bu giləmeyvəyə Ukraynanın  daxili bazarında tələbat hər il artır.

Axı həm böyüklər, həm də uşaqlar onu çox sevirlər. Bundan əlavə, tutdan şirələr, tut cemləri və konservlər istehsalında istifadə edirlər. Həmçinin tut qurudulur, tutdan ləzzətli şərablar hazırlanır, qənnadı sənayesində tut püresi istifadə olunur. Təbii ki, tut, həmçinin şirniyyatçılar üçün dondurularaq istifadə oluna bilər.

Yeri gəlmişkən, tut artıq uzun müddətdir ki, istehlak baxımından Orta Asiyada bir nömrəli giləmeyvə məhsuludur. Hətta bəlkə çiyələkdən də üstündür, moruq, böyürtkən və digər giləmeyvələr istehlakıyla isə müqayisə etməyə də dəyməz. Onun populyarlığı nisbətən aşağı qiyməti və təklif bolluğu ilə də bağlıdır, çünki tut ağacı bu bölgədə çox yayılmışdır.

tut istehsalı tutun növləri

Bəs niyə fermerlər bu məhsulun yetişdirilməsində maraqlı deyillər?

2020-ci ildə Ukrayna bazarında tut almaq üçün edilən müraciətlərin sayı təkliflərin sayından xeyli çoxdur. Məlum olur ki, bu il şaxta bu zəif giləmeyvə məhsulunun böyük hissəsini məhv edib. Buna görə də ənənəvi olaraq tut satın alan emalçılar indi mal qıtlığı ilə üzləşirlər.

Hazırda tutun qiyməti hər ton üçün 10 min qriven (bir ton üçün 380 ABŞ dolları) təşkil edir. Bu giləmeyvənin yığılması prosesinin yüksək mürəkkəbliyini nəzərə alsaq, bu qiymət elə də yüksək sayılmamalıdır.

Buna görə də bu günə qədər tutun belə aşağı qiymətlərin qoyulması tədarükçülər arasında bu məhsula böyük marağın yaranmasına səbəb olmur. Çünki bu gün moruq tutdan 10 qat daha baha qiymətə satılır və moruq məhsul yığımının mürəkkəbliyi tuta nisbətdə də daha aşağıdır. Üstəlik, bazarda  təzə tut satmaq da çox baha başa gələ bilər.

İstehlakçıların müxtəlif giləmeyvə məhsullarına marağının artması tendensiyasını nəzərə alaraq, bazar iştirakçılarının fikrincə, tut istehsalı texnologiyasının inkişafı perspektivli bir istiqamət ola bilər. Ancaq bu giləmeyvə istehsalında bazarda intensiv texnologiyalar haqqında məlumat tapmaq indi olduqca çətindir.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!