Unsuz şokoladlı keks (RESEPT)

Şokolad sevənlər üçün asan hazırlanan dadlı keks. Agroexpert.az 7 dəqiqəyə hazırlanan unsuz şokoladlı keks reseptini təqdim edir.

unsuz keks

Tərkibi:

  • 180 qr bitter şokolad (70% kakaolu)
  • 1 xörək qaşığı rəndələnmiş portağal qabığı
  • 1 çay qaşığı vanil
  • 2 ədəd yetişmiş banan
  • 1 xörək qaşığı bal
  • 1 ədəd yumurta
  • 3 ədəd yumurtanın ağı
Hazırlanma qaydası:

İlk öncə sobanı 180 dərəcə qızdırın. Bişirəcəyiniz keks qəlibini yağlayıb soba sinisinə yerləşdirin. Şokoladı, portağal qabığını və vanili su hamamında əridib qarışdırın. Əriyən şokoladı su hamamından götürün və üzərinə yetişmiş banan, yumurtanı əlavə edib yaxşıca qarışdırın. Bir başqa qabda yumurta ağlarını ağaranadək çırpın. Yumurta ağını şokoladlı qarışığa az-az əlavə edərək ehtiyyatla qarışdırın. Keks qəlibinə xəmiri töküb əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 7 dəqiqə bişirin. İlıq konsistensiya olduqda süfrəyə verin.

Nuş olsun!

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!