Ürək üçün əvəzolunmaz tərəvəz – badımcan
Badımcan çox dadlı və həmçinin faydalı tərəvəzdir. Şərqdə bu tərəvəz “uzunömürlülük tərəvəzi” sayılır. Belə hesab olunurdu ki, bu tərəvəzi daim qəbul edən insan qocalmır.
O orqanizmdən “pis” xolesterini xaric edir və bu səbəbdən ateroskleroz zamanı və bu pozulmanın profilaktika məqsədi ilə çox faydalıdır.
Badımcanın faydaları…
Kalium və maqneziumla zəngindir. Bu iki mineral ürək-damar sistemimiz üçün əvəzolunmazdır. Kalium və maqnezium ürəyin fəaliyyətinə müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, arterial təzyiqini normallaşdırır. Bu səbəbdən ürək xəstəliklərindən əziyyət çəkən insanlar badımcanı öz qidalanmasına tez-tez əlavə etməlidir.
Badımcan orqanizmdə duz-su və lipid (piy) balansının tənzimlənməsinə müsbət təsir edir, yüngül sidikqovusu və ödqovucu xüsusiyyətinə malikdir. Mübadilə proseslərini yaxşılaşdırır, orqanizmdən artıq duzları xaric edir. Badımcan podaqra, böyrək və qara ciyər xəstəlikləri, qəbizlik zamanı çox xeyirlidir. Şəkərli diabetdən əziyyət çəkən insanlar üçün də çox faydalıdır. Bu tərəvəz qanda şəkərin tənzimlənməsinə kömək edir.
Badımcan orqanizmdən “pis” xolesterini xaric edir və bu səbəbdən ateroskleroz zamanı və bu pozulmanın profilaktika məqsədi ilə çox faydalıdır. Qanın tərkibinə də müsbət təsir edir. Badımcan qan damarları möhkəmləndirir, onların elastikliyini artırır. İnsult keçirilmiş insanlar üçün bu tərəvəz çox faydalı sayılır.
Ən faydalı badımcan hansıdır?
Tərkibində olan sink və C vitamini immun sisteminin fəaliyyətinə müsbət təsir edir. B qrupu vitaminləri isə sinir sistemini möhkəmləndirir. Belə hesab olunur ki, tünd bənövşəyi rəngdə olan badımcanlar ən faydalıdır. Bu tərəvəz oynaqlar, sümüklər və dişlərimiz üçün də çox xeyirlidir. Sobada bişirilmiş badımcanın qabığının külü ilə dişləri yuduqda dişlər ağarır, damaqlar isə daha möhkəm olur.
Badımcanın ətini kosmetik maskalarda istifadə etmək olar.
Badımcanın əti üz dərisini canvanlaşdırır, ağardır, daha dartılmış və elastik edir. Bunun üçün badımcan ətini əzib təmiz üz dərinizə çəkin və 20 dəqiqədən sonra ilıq su ilə yuyun. Mədə və 12 barmaq bağırsağı xorası və qastritdən əziyyət çəkən insanlar bu tərəvəzdən süi-istifadə etməməlidir.