Uşaqların boy artımına təsir göstərən qidalar

Ucaboy olması

Bütün valideynlər uşaqlarının ucaboy olmasını istəyir. Bəs buna necə nail olmaq olar? Bəzi mütəxəssislər hesab edir ki, ucaboy olmaq genetika ilə bağlıdır. Bəziləri isə uşaqların uzun boylu olmasının birbaşa onların qida rasionu ilə əlaqədar olduğunu iddia edir. Hər bir halda valideynlər övladlarına yedirtdikləri qidalara xüsusi diqqət yetirməlidirlər. Bugün biz uşaqların boyunun uzanmasına kömək edən qidaları təqdim edirik:

Boy artımına təsir göstərən qidalar

Asağıdaki sirada biz boy artıması ücün təsir göstərən qidalar sizə təqdim edirik. 

ucaboy
agroexpert.az

Süd və süd məhsulları: Kalsium mineralının təməli süd və süd məhsullarıdır. Xüsusilə sümük və dişlərin inkişafına lazım olan kalsium ehtiyacını qarşılamaq üçün süd, qatıq, ayran, pendir kimi qidaların yeniyetməlik dövründəki uşaqların qidalanma proqramına daxil edilməsi vacibdir. Gün ərzində uşaqlarınıza mütləq 2 stəkan süd, 1 stəkan qatıq verin. Həmçinin bunlarla yanaşı səhər naharda pendir çeşidlərinin olması, yeməklərin yanında ayran içilməsi kalsium almağa kömək edəcək.

Çedar (cheddar) pendiri: Bütün pendir növlərinin tərkibində kalsium var. Evinizdə yeniyetmə varsa, çedar pendiri mətbəxinizdən əskik olmamalıdır.

Küncüt: Kalsium dəyəri ən yüksək olan qidalardan biri də küncütdür. Birbaşa yeyilməyən küncüt adətən smit, börək və başqa un məmulatlarının üzərinə səpilir. Amma diqqət etmək lazımdır ki, bu, aşırı dərəcədə olmasın. Çünki küncütün tərkibində yüksək miqdarda yağ var ki, bu da uşaqların artıq çəki almasına səbəb ola bilər.

ucaboy
agroexpert.az

Brokoli: İmmunitet sisteminin güclənməsində və bədənin qorunmasında baş rol oynayan brokoli, uşağınızın boyunun uzanmasını təmin edən əhəmiyyətli bir tərəvəzdir. Uşaqlar tərəfindən çox sevilməsə də müəyyən aralıqlarla yeyilməsi təklif edilir. Edilən elmi araşdırmalar, sevilməyən qidaların müəyyən araliqlarla yeyilməsi zamanla uşağın buna öyrəşdiyini göstərir.

Balıq yağı kalsium əmilməsini dəstəkləyir, D vitamini ilə zənginolan süd, pendir və yumurta da istifadə oluna bilər. D vitamininin ən zəngin qaynağı isə günəş işığıdır. Bundan əlavə C vitamini dəyəri yüksək olan qidalar da bədəndə kalsiumun əmilməsini asanlaşdırır.

Əsas vitamin
Uşaqlarda boy uzanmasının əsas səbəbi K(kasium), D və D-3 vitamininin birlikdə qəbul olunmasını məsləhət görürük. Yuxarıda bəhs etdiyimiz kimi zəngin kalsium qaynaqlarının yanında, D vitamini ilə bol olan qidalar da qəbul etmək tələb olunur.  Bu səbəblə bütün qida qruplarından kifayət qədər  istifadə olunması əhəmiyyətlidir. Uşaqların sağlamlığına diqqət və ziyarət edin. Onların gələcəyi sizdən asılıdır, hörmətli valdeyinlər.  

Mənbə: ©www.movqe.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика