Üzüm plantansiyasından bol məhsul

Azərbaycanda üzümçülük qədim köklərə dayanır. Üzümün vətənlərindən biri olan bizim ölkəmizdir. Qiymətli yerli üzüm sortlarının itməsinin qarşısı alınıb.  Sortların artırılması və üzümçülük təsərrüfatlarına tətbiq edilməsi istiqamətində  fermerlərimiz  bu qədim ənənəmizi  qoruyub  saxlayiblar.

Bol məhsul

üzüm bağıŞamaxı rayonunun İkinci Çaylı kəndində yerləşən fermer təsərrüfatının rəhbəri, torpaqşünas, aqrokimyaçı Habil Əzimov dörd il əvvəl saldığı üzüm plantasiyasından bol məhsul götürdüyünü qeyd edib:

“2014-cü ildə Şamaxı rayonunun  İkinci Çaylı kəndinin ərazisində 25 hektar sahədə üzüm bağı salmağı planlaşdırdıq. Bütün aqrotexniki qaydalara əməl etmək üçün torpaq daşlardan və lazımsız tullantılardan təmizləndi və şum çıxarıldı...”

Üzüm bağları salarkən…

Üzüm bağları salarkən, hər bir sortun xüsusiyyətini, ərazinin coğrafi iqlim şəraitini nəzərə almaq çox vacibdir. İlkin mərhələdə xaricdən gətirilmiş sortlar əkiblər.
Ümumiyyətlə, üzüm tinglərini seçəndə və əkin zamanı öz kökü üstündə yetişən üzüm sortlarına daha çox üstünlük vermək lazımdır. Çünki öz kökü üstündə yetişən üzüm sortları daha uzunömürlü olur. Calaqaltı ilə yetişdirilmiş üzüm sortları isə xəstəliyə qarşı daha davamlıdır.

Torpağın aqrokimyəvi analizin vacibliyi

Habil Əzimov deyir ki, bağ salmaq üçün ərazi seçərkən, torpağın aqrokimyəvi analizini aparmaq vacibdir. Torpağın kimyəvi, mikrokimyəvi analizini aparmaq, hətta suyun belə analizini aparmaq çox vacib prosedurdur. Bu analizlər bitkinin gələcək məhsuldarlığı üçün zəmin yaradır. Bu tədbir üzümçülükdə ilk görülməli işdir. Hər bir regionda ixtisaslaşmış bitkilərin əkilməsi ən vacib göstəricidir. Onlar bu gün üzümçülüklə məşğul olurlar. Ancaq elə torpaq ərazisi ola bilər ki, orada qeyri-ənənəvi məhsulların əkilməsi daha məqsədəuyğun sayılar.

Mənbə

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673