Üzüm zərərvericiləri və onlara qarşı mübarizə tədbirləri

Üzümçülük qədim zamanlardan Azərbaycan xalqının həyatında və iqtisadiyyatında mühüm rol oynamışdır. Azərbaycanın həm ərazisi, həm də iqlimi üzüm bitkisi üçün çox əlverişlidir. Təsadüfi deyildir ki, Azərbaycanın mədəni üzümçülüyün ilk ərazilərindən olması, dünya alimləri tərəfindən də qəbul edilmişdir.

Üzümçülükdə məhsuldarlığın azalmasına səbəb olan əsas səbəblərdən biri də zərərvericilərdir.

Üzümün ən geniş yayılmış və daha təhlükəli ziyanvericiləri salxım yarpaq bükəni, torlu gənə, unlu yastıca və filloksera həşəratlarıdır.

agroexpert_az uzumculuk zerervericiler - zərərvericiləri
Salxım yarpaq bükəni respublikanın bütün üzümlüklərində müşahidə olunmuşdur.

Əsasən tırtılları ziyan vurur. May ayının əvvəllərindən ilk tırtıllar hələ çiçəkləməmişsalxımlarda görünməyə başlayır və 15-20 gün ərzində çiçək topası ilə qidalanaraq özlərinə tordan yuva qururlar. Məhv edilmədikdə həmin torun içində toplaşaraq sonrakı nəsillər üçün mənbəyə çüvrilirlər. Yağmursuz keçən illərdə 3 nəsil verirlər. 1-ci nəsil qönçə və çiçəklərə, 2 ci nəsil çiçəkləmə tam qurtardıqdan 25-30 gün sonraqoralara, 3-cü nəsil isə yetişməkdə olan gilələrə ziyan vurur.

Mübarizə tədbirləri kimi tənəklərdə vaxtlı-vaxtında yaşıl əməliyyatlar aparılması çox vacibdir. Çünki, kəpənəklər öz yumurtalarını həmişə günəşdən və küləkdən mühafizə olunan yerlərə qoyurlar.

Kimyəvi mübarizə məqsədilə

Tırtıllar (sovkalar) ilk görünən kimi avantaj, mayestro, karate və b. kimyəvi preparatların biri ilə 0,2-0,3%-li məhlul hazırlayıb tənəklərə çiləmək lazımdır. Kimyəvi mübarizəkəpənəyin hər nəsli üçün təkrar olunmalıdır, yəni, vegetasiya ərzində hər 25-30 gündən bir çiləmə təkrar olunmalıdır.

Üzüm tənəklərində torlu gənə və unlu (çanaqlı) yastıcalar müşahidə edildikdə sistem təsirli preparatlardan (Bi-58, Omayt, Akreks və b.) biri ilə 0,2-0,3%-li məhlul hazırlayıb vegetasiya dövrü 2-3 dəfə çiləmə aparılmalıdır.

Tənəyin ən qorxulu ziyanvericisi fillokseradır. Gözlə çətin görünən narıncı-sarı rəngli həşərat olub, əsasən kök hüceyrələrini parçalayaraq onu çürüdür və tənəyin yerüstü hissəsi ilbəil zəifləyir, böyüməsi dayanır və quruyaraq məhv olur. Bir vegetasiya dövrü 6-8 nəsil verir.

Geniş üzümlüklərdə tənəklərin tala-tala (ocaqşəkilli) zəifləməsi və bu talaların ulbəil genişlənməsi filloksera ziyanvericisinin nişanəsidir. Filloksera ilə əsasən aqrotexniki üsullarla, xüsusilə bitkilərin üzvi və mineral gübrələrlə intensiv yemləndirilməsi yolu ilə və fillokseroya davamlı calaqaltı tənəklərə (Amerika mənşəli üzüm növləri) yerli sortlar calamaqla mübarizə aparılır. Burada qeyd olunmalıdır ki, qumlu torpaqlarda (Abşeron) filloksera yayıla bilmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!