Üzümçülükdə zərərvericilərdən qorunma üsulu – ördək sürüsü

Cənubi Afrikadakı şərabçılıq təsərrüfatında bir fermer əkinçiliyə biodinamik bir yanaşma tətbiq etməyə başlayıb. O, 1600 baş hind ördəyini bütün qış öz təsərrüfatında saxlayır.

Bir vaxtlar “Vergenoegd Löw” təsərrüfatı mal-qaraya yönəlmişdi. Təsərrüfat 18-ci əsrə aiddir və bu gün Cənubi Afrikanın Keyptaun şəhərində bir milli abidə sayılır. Fermada hər bir proses torpağa, təbiətə və hər bir canlıya dərin hörmətlə həyata keçirilir. Bunun sayəsində təsərrüfat təbiətin qorunması üzrə WWF çempionu adını qazanmışdır.

Fermadakı ördəklər ilbizləri və digər ziyanvericiləri məhv edirlər və faktiki olaraq insektisidlərin istifadə edilməsinə ehtiyac qalmır.

Bu üsulun tətbiqinin də maraqlı  bir tarixçəsi var – Ördək sürüsü

Hekayə əmlakın əvvəlki sahibi Con Foretin uşaqlıq illərindən mal-qaradan daha çox quş yetişdirməklə maraqlandığını göstərir. Valideynləri Con Fortenin bu hobbisini təşviq etmək üçün övladlarından toyuq yumurtalarını pulla alaraq onu həvəsləndirməyə çalışırdılar. Günlərin bir günü Foret bir məktəb yoldaşının ördəkləri ilə toyuqlarını dəyişib. Və sonradan məlum olub ki, yeni ev heyvanları üzümün üzərində olan zərərli orqanizmləri, xüsusəndə ilbizləri məhv edirlər.Bu xüsusən də bahar aylarında, zərərvericilərin aktivləşdiyi vaxtlarda daha faydalı olur.

Yetkin bir şəxs olaraq Foret zərərvericilərin məhv edilməsində müxtəlif ördək cinslərinin effektivliyini yoxlamaq üçün öz tədqiqatlarını aparmağa qərar verdi. Sonda hindistan ördəklərini seçdi. Bu cins ördəklər digərləri kimi asta gəzmir, əksinə, tez və yorulmadan qaçırlar, boyunlarını uzadıb şikarlarını, yəni zərərvericiləri axtarırlar. O vaxtdan bəri, ördəklərə üzümçülük təsərrüfatında çox hörmət edilir.

 Ördəklərin bu xüsusiyyətləri düyü təsərrüfatlarında müsbət qarşılanır, çünki ördəklər zərərvericilər ilə qidalanmağı daha üstün tutduqları üçün düyülərə toxunmurlar.

Siz də öz  üzüm sahələrinizi zərərvericilərdən qorumaq istəsəniz, bu üsuldan istifadə edə bilərsiniz.

One thought on “Üzümçülükdə zərərvericilərdən qorunma üsulu – ördək sürüsü

  • Ağustos 28, 2020 tarihinde, saat 5:56 am
    Permalink

    Təşəkkürlər çox sağ olun !
    Arı sürüsündən qorunma qaydaları haqqında məlumat zəhmət olmasa .

    Yanıtla

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669