Üzümün 1 salxımı 12 min dollara satıldı

Yaponiyanın mərkəzində kənd təsərrüfatı məhsullarından ibarət hərrac təşkil olunub.

Agroexpert.az xəbər verir ki, ilk hərracda “Ruby Roman” (“Roma yaqutu”) üzümünün bir salxımı 1,3 milyon yenə (təqribən 12 min dollar) satılıb.

Çəkisi təqribən 900 qram və üzərində 30 ədəd üzüm olan salxımı Yaponiyanın tanınmış restoranlarından birinin operatoru alıb. Operator şirkətindən verilən məlumata görə, cari ildə fermerlər koronavirus pandemiyasına görə çox zərər çəkiblər. Buna səbəbdən onlara stimul yaratmaq məqsədli təşkil olunan ilin ilk hərracının uğurlu başlaması fermerləri sevindirib. Hərrac vaxtı alınmış salxımlar müştərilərə pulsuz paylanıb.

yapon-üzümü-agroexpert.az_

Hərrac vaxtı 100 salxım arasından seçilən bu üzüm növü Yapon dənizi sahilində yerləşən İşikava prefekturasında yetişdirilir. Məlumata görə, cari hərracda təklif edilən qiymət ötənilki rekordu təqribən 900 dollar üstələyib.

Qeyd edək ki, “Ruby Roman” üzüm növü böyüklüyü və tərkibində şəkərin çoxluğu ilə seçilir. Hərracda qoyulan şərtlərə görə, üzümün hər giləsinin diametri 3 santimetrdən böyük və tərkibində şəkərin miqdarı 18 faizdən yuxarı olmalıdır.

Roma yaqutu-“Ruby Roman”

Bu üzüm növü yapon mütəxəssisləri tərəfindən becərilib. Hökumət nəzarəti ilə becərilən bu üzüm növünün qırmızı yaqut rəngdə olan gilələri çox böyükdür. Onların diametri 3 santimetrə yaxın olur və tərkibində şəkər dərəcəsi yüksəkdir.

2016-cı ildə Yaponiyanın Kanazava şəhərində keçirilən hərracda bu üzüm növünün bir salxımı 1,1 milyon yen və ya 11 min dollara satılıb. Hərracda satışa çıxarılan üzüm salxımının çəkisi cəmi 0,9 kiloqram olub. Salxımda 30 üzüm giləsi olub, başqa sözlə, hər üzüm giləsi alıcıya 350 dollara başa gəlib.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669