Vitamin çatışmazlığı: 9 əlamət

Ruh və bədən sağlamlığımız üçün vitaminlərin önəmindən bəhs etməyə gərək yoxdur. Vitamin çatışmazlığı vücudumuzda qəribə əlamətlərə səbəb olur. Bu əlamətləri gözardı etməmək lazımdır.

  1. Görmə problemi 
    Gecə görmə probleminiz varsa, gözləriniz parlaqlığını itirirsə  və quruyursa, A vitamin çatışmazlığı varınızdır.
  2. Qan azlığı
    B9 vitamin çatışmazlığı zamanı qan azlığı problemi meydana gəlir. Bu isə yorğunluq, halsızlıq, gicəllənmə, üşümə, tez-tez xəstələnmə, iştahsızlıq və ürəkbulanması kimi əlamətlərə səbəb olur.
  3. Dəridə çatlar
    Dəri xəstəlikləri vücuddakı B6 vitamini əksikliyindən qaynaqlanır. Dodaqlarınız tez-tez quruyur, diliniz çatlayırsa, dərinizdə eqzama varsa bu B6 çatışmazlığındandır.
  4. Göyərmələr
    Bədəninizdə rahatlıqla göyərmə əmələ gəlirsə, C vitamini əksikliyindəndir. C vitamini çatışmayanda dəri toxumaları yenilənə bilmir.
  5. Həddən çox qanama
    K vitamini çatışmazlığı zamanı səbəbsiz diş əti qanaması, burun qanamaları, regl qanamasının uzun sürməsi baş verir.
  6. Sümük ağrıları
    Sümük ağrılarından şikayətçi isəniz D vitamin çatışmazlığı baş verir. Bu əksiklik yavaş-yavaş halsızlığa da səbəb olur. D vitamini əmələ gəlməsi üçün günəş şüaları faydalıdır.
  7. Cansız saçlar
    Bir çoxumuzun ortaq problemi: tökülən, kəpəkli və cansız saçlar. Bu problemin səbəbi H və B7 vitaminləri çatışmazlığıdır. Eyni vitamin əksikliyi dırnaq qırılmasına və ağ ləklərə də səbəb olur.
  8. Əzələlərdə zəiflik
    E vitamin çatışmazlığı əzələlərdə zəifliyə səbəb olur. Əzələ itkisi, zəifləmələri səbəbiylə  dəngə pozuqluğu meydana çıxır.
  9. Yorğunluq
    Günlük rutin işlərdən deyil də, daha uzun müddətli bədən yorğunluğunun səbəbi B1 vitamin çatışmazlığıdır. B1 həmçinin beynin enerji qaynağıdır. Uzun müddətli yorğunluq və unutqanlıq B12 vitamin əksikliyi ilə də ola bilər.

Vitamin çatışmazlığı üçün 2 möcüzə

vitamin çatışmazlığı

Sonda öz həyat təcrübəmdən onu qeyd edim ki, günlük vitamin ehtiyacınızı qarşılamaq üçün Rəbbimiz bizə 2 gözəl nemət bəxş edib: zeytun və xurma. Bir zeytun insana lazım olan bir günlük vitamin ehtiyacını tamamilə qarşılaya bilir. Xurmada isə o qədər faydalı vitamin və maddələr var ki, vitamin həblərini tamam əvəz edə bilər. Bol-bol meyvə və tərəvəz istifadəsi də vitamin ehtiyacınızı qarşılamaqda yardımçınız olacaqdır.

Sağdakı şəkildən bəzi meyvələrin vitamin tərkibi qeyd edilib:

Vitaminlər haqqında digər məqalələr üçün burdan oxuya bilərsiniz…

Qaynaq.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669