WordPress: com yoxsa org?

Günümüzdə ən məşhur sayt (bloq) hazırlama platformalarından biri WordPressdir. İnsanlara texniki biliklərə malik olmadan da çox asanlıqla sayt hazırlamaq üçün əla imkanlar verir. İnternetdə iki məşhur platforma mövcuddur: WordPress.com və Wordpress.org

Nədir bunlar və fərqləri?

Aşağıda hər iki sistemin fərqini izah edəcəm. Düzdür bu iki sistem müqayisə edilməməlidir, biz onların funksionallıq və xərclərini nəzərdə tuturuq. Amma bunu indidən bilməyinizdə fayda var. Əgər siz texnar deyilsəniz və dostlarınız arasında da texniki işləri pulsuz görəcək adam yoxdursa, bloq qurub öz firmanızı, şəkillərinizi, məqalələrinizi paylaşmaq istəyirsinizsə onda heç fikirləşməyə gərək yoxdur. Wordpress.com sizin üçündür. Çox qısa vaxtda bloqunuzu açıb, xoşunuza gələn şablonu (tema) seçib məqalələri yerləşdirməyə başlayırsınız. Düzdür əslində burda da bir balaca təcrübəli adama ehtiyac var, məsələn kateqoriya və menyuları düzgün hazırlamaq, SEO və vidjetlər üçün. Amma bunları özünüz də həll edə bilərsiniz.

Image result for wordpress move to host

Yox əgər siz proqramçılığın sirlərinə bələd isəniz və texniki problemlərlə güləşmək həvəsiniz varsa o zaman Wordpress.org saytından müvafiq şablonu (hazır bloq) yükləyib kompyüterinizə qurursunuz, istədiyiniz dəyişiklikləri edib sonra serverə publish edirsiniz.

Bunu etməyə də əsasınız vardır. Wordpress.com-da pulsuz bloq açmaq imkanı varsa da işlər ciddiləşdiyi zaman hərşey üçün pul tələb etməyə başlayır. Məsələn, öz domain adınızı qoşmaq üçün məcbur edir ki, personal plan alasınız. (İllik 48$) Bunu alıb elə təzəcə işə girişmək istəyirsiniz ki, bu dəfə hansısa plugini qoşmaq və ya saytda rəng dəyişmək üçün Premium plana keçməyinizi tələb edir. (O da əlavə 48$)

agroexpert_wp_com_org

Belə götürəndə əgər siz normal bloq aparmaq düşüncəsində isəniz ki, bu da ildə ən azı 5-10 min qazanc gətirməlidir, o zaman illik 100-200$ ödəmək olar. Wordpress.org-dan sayt qurub hansısa hosta yerləşdirmək üçün yenə də illik ödəniş eləməlisiniz. Hər iki halda domain üçün əlavə ödəniş edirsiniz.

Ayrıca cədvəldən də göründüyü kimi, WordPress.com reklamlardan pul qazanmaq üçün ən azı Premium planda olmalısınız.

Texniki tərəfdən hər ikisi güclü dəstəyə malikdir. İstənilən platformadan digərinə keçmək çox asandır. İstənilən platformadan yenə ayrı bir host serverə də miqrasiya da çox asandır.

WordPress.org -dan yüklədiyiniz saytla istədiyiniz dəyişikliyi edə bilərsiniz, reklam qoya bilərsiniz, çünki saytın tam sahibi sizsiniz. Amma hər dəfə saytı notbukunuzda düzəldib hosta publish etməyə məcbursunuz, təhlükəsizlik və ehtiyat nüsxə məsələlərinin də əziyyətini özünüz çəkməlisiniz.

Amma belə bir variant üçün wordpress.org sərf edər. Əgər sizin host serverdə bir neçə sayt yerləşdirmək mümkündürsə. Bu zaman 3-4 saytı bir hosta yerləşdirməklə xərcləri əməlli-başlı azaltmış olarsınız. Bunu Wordpress.com-da edə bilməyəcəksiniz.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!