WordPress-də footer yazını silmək

agroexpert wordpress footerWordPress şablon yükləyib saytımızı hosta yükləyəndən sonra baxdım ki, ən aşağı footer hissəsində şablon sahiblərinin reklamı gedir. (Şəkildəki kimi) Bu fərqli şablonlarda fərqli yazılar ola bilər. Məndə Apostophe 2 templape olduğu üçün “Proudly powered by WordPress… ” yazısı çıxırdı. wordpress footer reklamı silmək üçün qaydanı indi yazacam.

Footer qismindəki reklamı yığışdırmaq üçün iki variant var. Əgər şablonun (template) özü imkan verirsə Appearance-> Customize->Copyright area –da girib müvafiq sətri silərsiniz.

Amma ən dəqiq yolu footer.php faylında müvafiq sətiri silməkdir. İstərsəniz FTP ilə saytınıza qoşulub footer.php faylını açın, istərsəniz admin paneldən Appearance->Editor -dan footer.php faylını tapın və bu faylın içərisində aşağıdakı sətirləri tapın və silin. (ya da özünüzə uyğunlaşdırın)

<div class=”site-info”>
<a href=”<?php echo esc_url( __( ‘http://wordpress.org/’, ‘apostrophe-2’ ) ); ?>”><?php printf( esc_html__( ‘Proudly powered by %s’, ‘apostrophe-2’ ), ‘WordPress’ ); ?></a>
<span class=”sep”> | </span>
<?php printf( esc_html__( ‘Theme: %1$s by %2$s.’, ‘apostrophe-2’ ), ‘Apostrophe 2’, ‘<a href=”http://wordpress.com/themes/” rel=”designer”>WordPress.com</a>’ ); ?>
</div><!– .site-info –>

Faylı dəyişib yaddaşa verin və nəticəni test edin.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!