WordPress forum açmaq

WordPress saytınızı (bloqunuzu) müxtəlif faydalı vidjet və pluginlərlə dəstəkləyir. Bu qərb insanının məsələlərə yanaşması profesionaldır. Saytınızda lego prinsipi ilə funkisonallıq və imkanları artırıb azalda bilərsiniz. Bu məqalədə sizə saytınıza forum qoşmaq barədə danışacam. Bir proqramçı kimi deyə bilərəm ki, forum açmaq texniki cəhətdən qəliz məsələdir. Amma Wordpress-də forum açıb idarə eləmək çox asandır.

Forum sizə istifadəçilərlə daha sıx ünsiyyət yaratmağa imkan verəcək və onları saytınızın ətrafında yığmağa kömək edəcək. Wordpress-də bir neçə forum plugini mövcuddur. Bunlardan ən yaxşı ikisi haqqında detallı məlumat verəcəm. 

bbPress

Image result for bbpress

Sözsüz Wordpress-in ən yaxşı forum plugini bbPress-dir. Wordpress-in əsas kodunu istifadə etdiyi üçün bu forumun imkanları çoxdur.

Üstünlükləri:
  • WordPress doğma plugin olduğu üçün eyni kodlama standartlarına sahibdir
  • İstənilən Wordpress şablonu (tema) ilə “ağrısız” inteqrasiya olunur
  • Yanında 100-dən yuxarı faydalı plugin və əlavələri var
  • Əsas motoru istifadə etdiyi üçün sürətli və yüngüldür
  • Pulsuzdur 🙂
Zəif tərəfi:
  • phpBB, Vanilla Forums, vbulletin kimi forumlara nisbətən funksionallığı daha kasıbdır.

BuddyPress 

BuddyPress Social Networking Plugin for WordPress

bbPress kimi BuddyPress də Wordpress-in rəsmi pluginidir. Eyni kodlama standartına sahibdir.

Üstünlükləri:
  • İstənilən Wordpress şablonu (tema) ilə “ağrısız” inteqrasiya olunur
  • Gözəl əlavələri ilə imkanlarını genişlətmək olur
  • İstifadəçi profili, qruplar açmaq olur
  • İstifadəçi razılığı üçün xal sistemi qurmaq olur
  • Pulsuzdur
Zəif tərəfi:
  • WordPress kimi yaxşı sənədləşməyib, yardım axtarıb tapmaq asan deyil
  • Başqa platformaya köçürmək müşküldür.

DW Question & Answer  DW-Question-Answer-wordpress-forum-image

Quora və Stackoverflow kimi forumlar düzəltmək istəyənlər üçün bu plugin əladır. Həm pulsuz həm də premium versiyası mövcuddur.

Üstünlükləri:
  • İstifadəçilər sual soruşa, axtarış edə, cavab yaza və ən yaxşı cavaba səs verə bilərlər.
  • Sualları tag və kateqoriyaya əsasən sıralaya bilərsiniz.
  • Minimalist dizayna sahibdir
  • Pulsuz versiyası ilə başlayıb daha sonra premiuma keçə bilərsiniz
  • Açıq kodlu Github layihəsidir
Zəif tərəfi:

Üzv siyahısı və profili kimi imkanlara malik deyil.

Daha da başqa forum pluginləri haqqında danışmaq olardı, düşünürəm çox da özünüzü yormağa ehtiyac yoxdur. Bunlarla başlayıb daha sonra xoşunuza gələn başqa pluginə keçid edə bilərsiniz.

Sonda bu pluginlərin fərqini izah edən bir video da paylaşaq sizinlə

 

 

 

 

 

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!