Xalis balı necə müəyyən etmək olar?

balin-faydalari-17Çox zaman bal seçimində yanılırıq. Səbəbsə aydındır. Xalis balı seçə bilmirik.

Bal səhər yeməyinin ən ləziz qidalarından biridir. Lakin əsl balla saxta balı bir-birindən fərqləndirməyi də bacarmaq lazımdır. Biz isə sizə əsl balı ayırmaqda kömək edərik.

Xalis balı tanımaq üçün aşağıda qeyd olunanları bilməyiniz önəmlidir.

  • Bal soyuducuda donursa, əsl baldır.
  • Balın qalınlığı çox olmalı və axanda dayanmamalıdır. Kəsik-kəsik axan bal saxtadır. Güllərdən əldə edilən bal sürətlə, digər bal isə daha yavaş axır.
  • Əsl balı qaşıqla alanda kəsilmir.
  • Soyuducuda 1 ay qalan balın krem ya da kərə yağı qatılığa gəlməsi balın əsl olduğunun göstəricisidir.
  • Qələmin ucunu bala batırın sonra barmağınıza sürtün. Rəngli yazırsa, qarışıq baldır, rəng çıxmırsa, əsl baldır. 
  • Soyuq havada donmayan bal isə saxtadır. Zeytun yağında olduğu kimi bankanın alt hissəsi donarsa, əsl baldır.balin-faydalari-2
  • Saxta balın rəngi bir az daha açıq olur, normal balın qoxusu isə yoxdur. Normal balın qatılığı daha çoxdur.
  • Bal qaşıqdan yerə töküləndə uzanıb hörümcək toru kimi havada uçursa, saxta baldır.
  • Bal donanda və ya şəkərlənəndə isti yerdə qoymaq və qabı ilə birlikdə isti suda saxlamaq kifayət edir.
  • Əsl balın dadı saxta baldan daha kəskin olur. Çox yeyildiyi zaman yüngül yanma olur. Çünki əsl baldır.
  • Balda az da olsa, şəkərdən dolayı alkoqol var. Buna görə də kibrit çöpü və ya kağız üzərində cızıldayaraq yanar.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика