Xalq arasında dağ külü kimi tanınan aroniya giləmeyvəsinin faydaları

Bədəndə olan mikrob və virusları yox edən bitki – aroniya.

Dağlıq ərazisi olan hər bir bölgədə yabanı bitən aroniya bitkisi  təbii multivitamin kompleksidir. Müalicəvi xüsusiyyətlərə malik giləmeyvə bir çox xəstəliklərin qarşısını alır. Bu bitkinin meyvələrindən təbii formada istifadə edilə bilər. Bundan əlavə qış üçün bunun meyvələrindən kampot və mürəbbələr hazırlamaq olar.

agroxpet.az aroniya bitkisi

Bu giləmeyvə kolunun həm budaqlarından, həm yarpaqlarından, həm də meyvələrində istifadə etmək sağlamlıq üçün faydalıdır. Əsas vətəni şimali Amerikadır. Ölkəmizdə bu bitki əsasən cənub iqlim zonalarında yetişir. Aroniya giləmeyvələri əsasən yayın sonu, payızın əvvəlləri yetişir.

Aroniya çoxillik koldur. Kol yarpaqlarının rəngi ilin fəsillərindən asılı olaraq yaşıldan qəhvəyi rəngə dəyişir. Giləmeyvə bahar girən aylarda ağ çiçəklərlə çiçəkləməyə başlayır.

Aroniya meyvəsi bədəndəki bakteriya və virusları öldürür. Aparılan araşdırmalara görə bu giləmeyvələr xərçəngli hüceyrələri məhv edir. Keçmiş dövrlərdən təbiblər bu bitkidən xalq təbabətində istifadə edirdilər.

C vitaminini bu bitkidə çox zəngindir.

Ən yüksək antioksidan, ORAC və OPC tərkibinə sahibdir. Stress, gərginlik və çirkli havadan məhv olmuş hüceyrələri məhv edir. Səhərlər yeməkdən sonar bir stəkan aroniya meyvəsinin şirəsi insanı gün boyu gümrah və enerjili edir. Gecə isə yatmadan əvvəl içilərsə rahat yatmağa kömək edər. xəstəliklərin daha çox artdığı bir dövrdə aroniya bitkisi imunitet sistemini gücləndirir.

Alimlər bu bitkinin meyvəsindən dərman hazırlmağa çalışsalar da uğurlu ola bilməyiblər. Səbəbi isə aroniya meyvəsində olan güclü antioksidanın müxtəlif proseslərdə faydalılığını itirməsidir. Alimlər buna görə aroniyanı şirə formasında və ya meyvə olaraq istifadə edilməsini məsləhət görürlər.

Ətraf mühit və yalnış qidalanma ilə bədənə girən mikrobları təmizləyərək hüceyrələrin qısa müddətdə yenilənməsini tənzimləyir.
agroexpert.az aroniya bitkisi
  • Xroniki xəstəlikləri yox edərək imunitet sistemini gücləndirir. Xəstəliklərə qarşı qalxan rolu oynayır. Bununla bağlı yaranan psixoloji kompleksləri aradan qaldırır. Əsasən də hal- hazırda yayılan xroniki stressə qarşı təsirli bir bitkidir.
  • Qandakı xolestren səviyyəsini normada saxlayaraq damar tutulmasının qarşısını alır. Beləliklə ürək infaktı, yüksək təyziq və iflic kimi ciddi xəstəliklərin qarşısını alır.
  • Bitkinin yarpaqları və budaqlarından çay kimi dəmləyərək istifadə edə bilərsizniz.

Mütəmadi olaraq istehlak edildikdə, ağciyərləri və qaraciyəri təmizləyir və sidik yolları vasitəsilə bədəndən zərərli bakteriyaları çıxarır. Bundan əlavə, bütün həzm sisteminə müsbət təsir göstərir və orada yığılan qida qalıqlarını təmizləyir.

Tərkibindəki kollagen və elastion lifləri sayəsində damarların və sümüklərin inkişafına təsir göstərir. Bu şəkildə qan dövranının performansını da artıraraq xəstəliklərə qarşı yaranan zəminləri ortadan qaldırar. Normal ürək döyüntüsünü tənzimləyir.

Diabet və qan şəkərini də tənzimləyən bu bitki çox faydalıdır.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4673