Xaricdə aqro təhsil və iş imkanı

Platformamızda fermer və biznesmenlər üçün faydalı məqalə, video və xəbərlər paylaşmaqla kifayətlənmirik. Müxtəlif konsultativ xidmətlər, auditlər təşkil edirik. Biznes planlar yazırıq. Sağlamlıq rubrikamız da mövcuddur.

Amma bir sektor var ki, bunu da inkişaf etdirməyə niyyət etmişdik. Bu da xaricdə kənd təsərrüfatı istiqaməti üzrə təhsil və iş imkanları barədə geniş məlumatlar verməkdir. Bununla bağlı Use.edu.az şirkəti ilə əməkdaşlığa başladıq. Şirkət 10 ildən artıqdır xaricdə təhsil, səyahət və iş imkanları təqdim edir.

Bu xidmətlərdən biri də Kanada miqrasiya fürsətidir. Bildiyimiz kimi Kanada dünyada ən böyük kənd təsərrüfatı məhsulları ixracatçılarından biridir.

USE Study Group şirkəti 6 yanvar 2009-cu ildə qurulmuş və bu müddət ərzində 3000-dən artıq tələbə və gənc şəxslərə xidmət göstərmişdir. Şirkətimizin məqsədi  gənclərin iş və təhsil həyatına uyğunlaşma prosesini asanlaşdırmaq və onları gələcək karyera və həyatları üçün lazım olan bacarıqlarla təmin etməkdir.

Kanada miqrasiya

Qeyd edim ki, Kanadaya miqrasiya ilə bağlı qeyri-leqal yollar təklif edib sonra yarı yolda qoyanlar da var. Biz platforma olaraq yalnız etibarlı tərəfdaş seçirik və yalnız güvənli şirkətlərlə çalışırıq.

Digər suallarla bağlı şirkətin əlaqə səhifəsinə müraciət edə bilərsiniz.

kanada miqrasiya

Kanada miqrasiya ediləcək ölkələr arasında həm iş, həm də fərdi inkişaf üçün daha yaxşı imkanlara sahib olduğundan heç şübhəsiz ən əlverişlisidir. Həqiqətən daha yaxşı həyat tərzi və iş imkanları üçün əla ölkədir.

Kanada iqtisadiyyatı dünyanın ən yaxşı 10 iqtisadiyyatının arasında yer alır.

Aşağıdakı məqamlar Kanadaya miqrasiya etməyi düşünmək üçün kifayətdir:

  1. Kanadaya miqrasiya qaydaları çox rahatdır. Digər ölkələr miqrant qəbulu qaydalarını çətinləşdirdiyi bir dövrdə belə, Kanada miqrant kvotasını artırır.
  2. Kanada işçi, sərbəst iş axtaran və iş adamları kateqoriyasına və İmmiqrasiya proqramlarına uyğun olmayanlar üçün dinamik bir immiqrasiya və viza proqramlarını təklif edir, ölkə hələ də iş icazəsi və tələbə proqramları və bu proqramların əksəriyyəti kimi qeyri-immiqrant seçimlərini, daimi sakin vizası və immiqrasiya təklif edir.
  3. Kanadada iş tapmaq imkanları çoxdur, çünki ölkə mütəxəssis miqrantlar üçün çoxlu iş fürsətləri verir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!