Xəbərlər

Xaricdən gətirilən tut tingləri Zaqatalada əkiləçək

Yeni tut bağlarının salınması məqsədilə ölkəmizə Çindən 1 milyon ədəd tut tingləri gətiriləcək. Onlardan 70 mininin Zaqatala rayonu ərazisində əkilməsi nəzərdə tutulub.

Çindən gətirilən tut tingləri

tut tingləriRayon icra hakimiyyətindən bildiriblər ki, tinglərin əkini üçün rayonun qəsəbə və kəndlərində bələdiyyə və xüsusi mülkiyyətə aid torpaq sahələri müəyyənləşdirilib.

Bundan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə payız mövsümündə rayon ərazisində 130 min ədəd yerli tut tinginin əkilməsi də nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə də başlanılıb və qısa müddətdə 65 min ədəd tut tinginin əkilməsi təmin olunub.

Qeyd edək ki, baramaçılığın inkişaf etdirilməsi və gələcəkdə yaş barama istehsalının artırılması məqsədilə 2016-2017-ci illərdə rayon ərazisində 276 min ədəd tut tingi əkilib. Bunun 213 min ədədini Çindən gətirilən tinglər təşkil edib.

Mənbə

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!
%d bloggers like this: