Xarici qoyun cinsləri

Persian qoyun cinsi

Ana vətəni Cənubi Afrikadır. Ətlik qoyun növü olan Persian qoyun cinsi Somali, Harar, Efiyopiya, Keniya, Sudan və Afrikanın bir çox zonasında yetişdirilir.

Qarabaş tipləri Dorper qoyun növünün atası sayılır. 1928-1945-ci illərdə bir çox İngilis və Cənubi Afrika ətlik qoyun cinslərini mələzləşdirdilər. Persian qoyun cinsi qara başlı, ağ üzəri qara, qəhvəyi və ya başqa rəngliləri var.

kolumbiya agroexpert.az

Həm erkək, həm dişiləri buynuzsuzdur. Boynu və döş hissəsi qabarıq görünür. Qulaqları kiçik və sallaqdır.

Yunu nazik, dərisi qalındır. Dərisinin qalın olması onu parazitlərdən qoruyur. Quyruğu “S” formalıdır.

Çəkisi 52-68 kq arasıdır. Laktasiya müddəti 84 gündür. Süd verimi 50 litrdir.

Kamerun qoyun cinsi

Xarici qoyun cinslərindən başqa bir cins məşhur cins isə Kamerun qoyun cinsidir. Muflon qoyun qrupundan olan bu cins Qərbi Afrikanın Kamerun ərazisində saxlanılır. Hazırda dünyada 7000 baş Kamerun qoyun cinsi var. Qarın hissəsi qara, baş və ayaqları qəhvəyi rəngdədir. Ətlik yetişdirilən bu cins qısa boyludur. Qısa quyruqlu və qısa tüklüdür. Yunu nazik olduğu üçün qırxıma ehtiyac olmur. Lakin sıx və qalın dərisinə görə qış soyuğuna dözümlüdür. Su içməyi və duz daşı yalamağı sevirlər.

Kamerun qoyun cinsi 30-50 kq ağırlığında olur. Hündürlüyü 58- 70 sm olan bu qoyun cinsi ildə iki dəfə bala verir. Altı aylıq balalar nisbətən hirsli olurlar. Kamerun qoyun cinsi 10-12 il yaşayır. İldə iki bala verirlər.

Kolumbiya qoyun cinsi

Kolumbiya qoyun cinsi Amerikada yetişdirilən ilk qoyun cinsi olaraq bilinir. Bu cins 1900-cü illərdə başlanan mələzləşdirmə prosesi ilə 1912-ci ildə meydana gəlib.

qoyun agroexpert.az

Ətlik məqsədi ilə yetişdirilən bu cinsin həm dişisi, həm erkəyi buynuzsuzdur. Üzü xaric bütün bədəni ağ rəngli yunla örtülüdür. Böüyk cəsədli olan bu cins qoyunlar tez böyüyürlər. 70-130 kq ağırlığında olurlar. Bala və süd verimi çox yüksəkdir.

Panama qoyun cinsi

Adından görüldüyü kimi Panama qoyun cinsi Cənubi Amerikada Panama ərazisində mələzləşdirilən cinslərdən biridir. Panama bir çox xüsusiyyətlərinə görə Kolumbiya cinsinə bənzəyir. Çünki mələzləşdirərkən eyni qoyun cinslərindən istifadə olunub.

Ətlik məqsədli yetişdirilən bu qoyun növü həm də yüksək səviyyəli yun mənbəyidir. Qalın və yumşaq yuna sahib olan bu cins 1900-cü illərdə mələzləşdirilib. Çəkisi ağır və bala verimliliyi yüksəkdir.

Oxford qoyun cinsi

Ana vətəni İngiltərə olan bu qoyun cinsi 1830-cu ildə mələzləşdirilərək yaranıb. “Oxford Down” qrupundan olan bu cins 1859-cu ildə “Oxford” adı verilir. Ətlik məqsədi ilə yetişdirilən bu qoyun cinsi həm də yüksək səviyyədə yun verir.

Bədəni ağ, üz, qulaqlar və ayaqlar qəhvəyi və ya qaradır. İri bədənli olan bu cinsdə həm erkək, həm dişilərin buynuzları yoxdur. İngilis qoyun cinsləri arasında ən tüz böyüyən qoyun cinsidir. 65-135 kq arası çəkiləri olur. 3.5-5 kq arası yunu olur. Bu cins qoyunlar çox və sağlam bala verən olurlar.

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669