Xərçəng xəstəliyindən xilas olmaq üçün xüsusi metodlar
İsrail həkimləri onkoloji xəstələr üçün xüsusi qidalanma menyusu təyin etdir.Bununla da onlar onkoloji xəstələr necə qidalanmalı, nə qədər yeməli, hansı ərzaqları, meyvələri, tərəvəzləri qəbul etməli, nədən imtina etməlidir? suallarına cavab verirlər.
Agroexpert.az saytı bu menyunu sizə təqdim edir.
Səhər acqarına bir stəkan limonlu su. Su otaq temperaturunda olmalıdır.

- Səhər saat 6-7, eləcə də axşam 20:00-dan sonra qəhvə içmək olmaz.
- Yüngül səhər yeməyi – kəsmik, qarabaşaq sıyığı, giləmeyvələr, bitki çayı, 2 portağal və 1 limonun şirəsi
- Saat 11-12 arası: Alma şirəsi, tərəvəz şorbası, yüngül meyvə saları, 1 yumurta. Çovdar çörəyi
- Saat 1-4 arası yemək məsləhət deyil. Çox acıdıqda, yalnız meyvə salatı.
- Saat 16:00- suda bişmiş balıq və ya mal əti, çiy tərəvəzlərdən salat, yoqurt
- Saat 19:00-20: 00 – süd məhsulları – qatıq, kefir, ayran, bitki yağında (zeytun) tərəvəz salatı, qoz, suda bişmiş balıq və ya çolpa.
- Axşam 21:00-dan sonra heç bir şey yeyilmir, içilmir. Qaraciyər orqanizmin təmizlənməsi üçün çalışır, yükləmək olmaz.
Saat 22:00-dan səhərə kimi dərin yuxu.
Həftəlik qidalanmada bu ərzaqlar olmalıdır:

- Zəncəfil, sarıkök
- İspanaq
- Ərik və qurusu
- Nar, vişnə, əncir, çiyələk, kokos
- Qara gavalı
- Zəfəran
- Çuğundur
- Reyhan
- Avokado
- Küncüt toxumları və yağı
- Balqabaq və tumları
- Soğan -sarımsaq
- Çay olaraq: limon, nanə, darçın, çobanyastığı, şüyüd, itburnu.
- Zeytun yağı yalnız soyuq halda, yəni qızdırılmadan, salatlara qatılaraq yeyilməlidir.
- Şəkər, qənd olmaz, yalnız bal yeyilməlidir. Gündə 50 qramdan çox bal olmaz.
- Hər gün minimum 500 qram təzə meyvə və tərəvəz müxtəlif variantlarda qəbul olunmalıdır.
Rus professoru Merzlovun Xərçəng xəstəliyinə qarşı resepti
- Cücərdilmiş buğda – 400 qr
- Təzə limon – 15 ədəd
- Sarımsaq -1 kq
- YBal – 800 qr
- Qoz ləpəsi – 400 qr
Hazırlanma qaydası:
Buğda 2-3 günə cücərdilir. Suyu süzülüb, yuyulur. Cücərmiş buğda ətçəkəndən keçirilir. Eyni zamanda 7 ədəd limon qabığı ilə, qoz və sarımsaq ətçəkəndən keçirilir.
Bunlar emallı qabda qarışdırılır, qalan limonların da suyu bura sıxılır. Sonda bal qatılıb qarışdırılır. Şüşə bankaya yığılıb, soyuducuya qoyulur. 3 gün sonra istifadəyə hazırdır.
Hər gün yeməkdən qabaq 2 xörək qaşığı qəbul olunur. Banka qurtarana kimi davam edin. Onkoloji xəstələr hər 3 saatdan bir 1 qaşıq qəbul etməlidir.Digər xəstəliklərdə ildə 2 dəfə kursla qəbul edilə bilər.