Xəzərdə balıq ovlanması kvotası azaldılacaq

Xəzər dənizinin Su bioloji resurslarının mühafizə olunması, səmərəli istifadəsi və onların birgə ehtiyatlarının idarə olunması üzrə Komissiyanın bu ilin noyabrın 27-29-da keçiriləcək ikinci sessiyasında Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratoriumun qoyulması barədə hökumətlərarası sazişin imzalanacağı gözlənilir.

baliq ovu

Agroexpert.az -ın Trend-ə istinadən məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Elmi Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov deyib.

M.Axundovun sözlərinə görə, moratorium 5, yaxud 10 il ola bilər.

İnstitut direktoru deyib ki, Xəzərdə nərəcinsli balıqların sənaye ovuna moratorium qoyulmalıdır. Hazırda nərəcinsli balıqların ovlanması çox cüzi həcmdə yalnız elmi tədqiqatlar üçün aparılır.

Dünya üzrə də balıq ovu həcminin azaldığını deyən M.Axundov hesab edir ki, ekosistemin qorunması üçün Xəzərdə balıqların ovlanma kvotası azaldılmalı, akvakultura inkişaf etdirilməlidir.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

error: Content is protected !!
Яндекс.Метрика
Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 5107