Xırdabuynuzlu üçün yem rasionu (Nümunə)
Oxumazdan əvvəl bu məqalə ilə tanış olmağınızı tövsiyyə edirik. Əvvəlki məqalədə yem rasyonu necə tərtib olunmalıdır təsvir edilir, burda isə xırdabuynuzlu üçün yem rasionu necə olmalıdır göstərilir. Nümunə qoyun yem rasyonu təsvir ediləcək.
XBH-ı (xırdabuynuzlu heyvan) düzgün yemləndirmək üçün rasion tərtib edərkən aşağıdakı göstəricilər nəzərə alınır:
- məhsuldarlıq istiqaməti (yun, yun-ət, ət-yun, romanov cinsi, ət-piy, karakul)
- məhsuldarlığın səviyyəsi
- saxlanma şəraiti.
Normalar tövlə şəraitində saxlanan XBH üçündür. Otlaq şəraitində saxlanan XBH üçün normaları 15-20% artırmaq lazımdır. XBH-ın yem rasionuna daxil olan quru maddəni aşağıdakı qaydada hesablayırlar:

Y= 8 – 0,25 x X (X – 1baş XBH-nin orta diri çəkisi (5-15 kq arası))
Y*= 5 – 0,2 x X (X – 1baş XBH-nin orta diri çəkisi (15-50 kq arası))
*- 100 kq diri çəkiyə görə hesablanan quru maddə.
Rasion tərtib olunmasında fəaliyyətlər ardıcıllığı:
- Bir baş xbh-nin orta diri çəkisini (X) müəyyən edirik
- Kataloqda əmsallardan istifadə etməklə yemləri quru maddəyə çeviririk
- QM-yə çevirmə əmsallar: dənli bitkilər – 0.85, quru ot – 0.87, çuğundur – 0.18, jmıx – 0.9, yaşıl kütlə – 0.23
- 1 kq quru madənin strukturunu müəyyən edirik:
- Qoyunlar üçün rasionda quru ot 70%, dənli bitkilər-20%, mineral yem əlavələri 2%
- Rasion tərtib ediləcək xbh-ın cəmi diri çəkisini hesablayırıq.
- Alınan rəqəmi 100-ə bölür və Y rəqəminə ( Y=8-0,25x X*) vururuq. *-5-15kq diri çəkisi olan xbh-ın bir başının orta diri çəkisidir.Nəzərdə tutduğumuz xbh qrupu üçün zəruri quru maddənin miqdarını müəyyən etdik.
- Quru maddəni yemlər arasında bölür (quru maddənin strukturuna əsasən) və əmsallarından istifadə etməklə yemə çeviririk. Biz bununla xbh-ın fizioloji və nəzərdə tutulan çəki artımı tələbatını ödəyəcək rasionu tərtib etdik.
Nümunə qoyun yem rasionu:
100 baş hər birinin diri çəkisi 14 kq olan quzulara qışdövrü üçün rasion hesalayaq:
- Dənli bitkilər – 0.85, quru ot – 0.87, çuğundur – 0.18
- 1 kq quru maddənin strukturu: xbh üçün – quru ot 70%, dənli bitkilər 20%, çuğundur 8%, mineral yem əlavələri 2 %.
- Ümumi diri çəki(100 baş xbh) = 1400 kq Y = 8 – 0,25 x 14, Y=4,5, 14 x 4,5 = 63 kq QM
- Quru ot 63 x 70% = 44,1 kq, natural yem=44,1×100/87=50,7kq
- Dənli bitkilər 63 x 20%-12,6 kq, natural yem= 12,6 x 100/85=14,8 kq
- Çuğundur 63 x 8%= 5kq, natural yem = 5 x 100/18= 28 kq
- Mineral yem əlavələri 63 x 2% = 1,26 kq (NaCL-1 kq, təbaşir mikroelement qatışığı – 0.26 kq)
Beləliklə biz 100 baş xbh-ın qışlama dövründə yemləndirilməsi üçün rasion tərtib etdik. Bundan sonra heyvanlar üçün zootexniki normalar əsasında rasionu balanslaşdırmaq lazımdır. Bizim nümunədə əgər 100 baş xbh bir gündə 20 kq çəki artımı verirsə, 4,5x 0,2 = 0,9 kq quru maddəni rasiona əlavə edirik: quru ot- 0,7 kq, dənli birkilər-0,2 kq, çuğundur- 0,4 kq, mineral yem əlavəsi – 20 qram
Qeyd: Quzu və toğlular 15 kq diri çəkidən sonra rasion aşağıdakı formul vasitəsilə hesablanır:
Y*= 5-0,2 x X (X- 1baş xbh-nin orta diri çəkisi (15-50 kq arası))
where can i safely get cbd oil near me