Xiyar bitkisinin becərilmə texnologiyası

Xiyar bitkisi həm örtülü qruntda və həm də açıq sahədə geniş sahələrdə becərilən tərəvəz bitkisidir. Xiyar torpağın münbitliyinə çox tələbkardır. Onun kök sistemi zəif olmaqla, əsasən torpağın üst qatında yerləşir. Çox məhsuldar olduğundan torpaqdan çoxlu qida maddələri götürür. Bütün yuxarıda göstərilən xüsusiyyətləri nəzərə alaraq xiyar üçün daha münbit torpaqlar seçilməlidir.

agroexpert.az xiyar becərmək

Xiyar üçün ən yaxşı sələf bitkisi pomidor, badımcan, bibər və kələm hesab edilir. Torpaq hazırlanarkən hektara 25-30 ton çürümüş peyin verilməlidir.

Xiyarın açıq sahədə aşağıdakı sortları becərilir:

Yerli Gəncə, Muxran, Şedriy -118, Siqnal 235, Oğuz şah xiyarı və s.

Xiyar bitkisi həm şitillə və həm də toxumu birbaşa səpmə yolu ilə artırılır.

Şitillə artırma üsulunda şitillər qidalı dibçəklərdə yetişdirilir. Sdandarta uyğun şitillər daimi yerinə 90*30 sm əkin sxemində yerləşdirilib üzəri sintetik pərdə ilə örtülür. Əkim aprelin I ongünlüyündə aparılır. Hər gün bitkilərin üzəri günlü günlərdə günortalar açılmalı, axşamlar isə yenidən örtülməlidir. Bu üsulla həm faraş və həm də yüksək məhsul alınır.

Xiyarı sahəyə birbaşa səpməklə artırmaq üçün sahə erkən yazda arat olunur. Arat çıxdıqdan sonra toxum səpilir. Səpindən qabaq toxumlar seçilir, 1-2 sutka isti şəraitdə nəmləşdirilir. Sonra isə çirtmiş toxumlar hər yuvaya 2-3 ədəd olmaqla səpilir. Kütləvi cücərtilər alındıqdan sonra hər yuvada 1-2 sağlam bitki saxlamaq lazımdır. Sonrakı qulluq işləri – tez-tez suvarmadan, alaqlara, xəstəlik və zərərvericilərə qarşı mübarizədən ibarətdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!