Xiyar, qabaq və balqabağın yaxın “qohumu” patisson

Balqabaqkimilər fəsiləsindən birillik bitki növü. Yastı-girdə formada,kənarları diliklidir. Başqa sözlə, patissona boşqababənzər qabaq da deyilir. Rəngi açıq yaşıldan ağımtıl yaşıla qədər olur. Yetişib ötmüşlər ağ süd rəngindədir.

agroexpert.az patisson

Patisson bir çox vacib vitamin və minerallar, qidalı liflər, pektinlər və s. faydalı maddələrlə zəngindir. Təəssüf ki, bu faydalı və asan mənimsənilən tərəvəz bizdə çox da populyar deyil.

Yeyilmək üçün 3-5 günlük patissonlardan istifadə edilir. Yetişib ötmüşlər kobud ətlikli və iri toxumlu olduğundan qida üçün yararsızdır.

Avstraliya alimləri aşkar ediblər ki, patisson kişilərdə prostat vəzi xərçənginin riskini azaldır.

  • Kalium və maqneziumla zəngindir. Ürək əzələsini möhkəmləndirir, ürəyə düşən gərginliyi azaldır, ürək döyünməsini  tənzimləməyə kömək edir.
  • Yüksək arterial təzyiqi tənzimləməyə kömək edir.
  • Qəbzilik zamanı qidalı liflər və pektinlə zəngin olan patisson bağırsaqların dah asan boşalmasına kömək edir.
  • Qaraciyər üçün çox faydalıdır – bu orqanın piylənməsinin riskini azaldır, qaraciyərin hüceyrələrini spirtli içkilərin və digər zəhərli maddələrin təsirindən qoruyur.
  • Sarı patissonlar gözlər və dərimiz üçün vacib olan beta-karotinlə zəngindir.
Orqanizmi ziyanlı maddələrdən, toksin və radionukleidlərdən təmizləyir.
agroexpert.az patisson tərəvəz

– Digər lifli tərəvəzlər kimi patisson da bağırsaq xərçənginin riskini azaldır.

– Sidikqovucu təsirə malik olduğundan sidik kisəsini və böyrəkləri təmizləyir, böyrək daşı xəstəliyinin riskini azaldır.

– Öd kisəsi üçün də faydalıdır, öd kisəsində durğunluğun və daşların əmələ gəlməsinin qarşısını alır.

Patissonu rahatlıqla qida rasionumuza daxil edə bilərik. Belə ki,

Aşpazlıqda suxari və yağ ilə bişirilmiş, qızardılmış və qiymələnmiş patissondan istifadə edirlər. Suda bişirilmiş patissonun dadı yaxşı olur. Həmçinin patissonu ət qiyməsi ilə doldurub (özək hissəsini çıxarıb ət qiyməsini oraya doldururlar) – patisson dolması – bişirirlər.

Patissonu konservləşdirir və sirkəyə qoyurlar. Konservləşdirilmiş və sirkəyə qoyulmuş patisson uyğun formada hazırlanmış xiyarı əvəz edir. Geniş yayılmış sortlarından ağ, tezyetişən ağ və sarı yastı patissonları göstərmək olar.

Patissonun ən böyük diametrinin ölçüsü 10 sm-dən çox olmamalıdır. Konservləşdirmək üçün isə diametri 6-8 sm, çəkisi isə 80-100 qr olan patissonlar götürülməlidir. Patissonun meyvəsi zərif qabıqlı, şirəli və ətli hissəsi bərk, toxumları kal olmalıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!