Xiyar xəstəlikləri və ziyanvericiləri

Platformamızda müxtəlif bitki xəstəlikləri barəsində məqalələr yerləşdiririk. Bugün sizə xiyar xəstəlikləri və əlamətləri, həmçinin profilaktik tədbirlər haqqında bəhs edəcəyik.

Xiyar xəstəlikləri

xiyar xəstəlikləri

Bakterioz. Ləkə xəstəliyi də adlanır. Törədicisi bakteriyadır. Böyümənin bütün mərhələlərində bitkiyə ziyan vurur. Bakteriyalar cücərtilərin ləpə yarpaqlarında tünd rəngli sulu ləkələr əmələ gətirir. Bu ləkələr yarpaqlarda və meyvələrdə də olur. Yarpaqlarda ləkələr qonurumtul, günclü olur. Bəzi hallarda yarpaqlar deşilir, meyvələrdə dairəvi sulu ləkələr əmələ gəlir, sonra bu ləkələr meyvənin lət hissəsinə doğru dərinləşir. Xəstələnmiş meyvələr çürüyür. Bu cür xiyar xəstəlikləri isti, yağmurlu havada sürətlə inkişaf edir. Vegetasiya dövründə bakteriyalarla yayılır, toxum və bitki qalıqları da bakteriyaların  yayılmasında mühüm rol oynayır. Xəstəlik nəticəsində bitkinin məhsuldarlığı azalır və məhsulun keyfiyyəti pisləşir.

Bu cür xiyar xəstəlikləri isti, yağmurlu havada sürətlə inkişaf edir. Vegetasiya dövründə bakteriyalarla yayılır, toxum və bitki qalıqları da bakteriyaların  yayılmasında mühüm rol oynayır. Xəstəlik nəticəsində bitkinin məhsuldarlığı azalır və məhsulun keyfiyyəti pisləşir.

Mozaika (alabəzəklik). Virus xəstəliyidir, geniş yayılıb. Açıq, həm də örtülü sahədə yetişdirilən xiyar bitkisini zədələyir. Qarpız və qovun bitkiləridə bu xəstəliyə tutulur. Xəstəlik adətən tağın uc yarpaqlarından başlayır, sonra gövdəyə və meyvəyə keçir. Xəstələnmiş yarpaqlarda açıq alabəzəklik, bəzən isə tünd yaşıl rəngdə dağınıq ləkələr əmələ gəlir, meyvələr isə alabəzək və ya tünd yaşıl rəng alaraq şişkinləşir və eybəcərləşir. Toxumluq xiyarın qabığı ağarır, bitki qəflətən soluxur. Xəstəlik mənənə, trips və başqa sorucu ziyanvericilər vasitəsilə yayılır.

Antraknoz. Xəstəliyi göbələk törədir. Xəstəliyə vegetasiya dövründə və məhsul saxlanılan zaman təsadüf olunur. Ən çox qarpız-qovun və xiyar bitkilərini zədələyir. Göbələklər bitkinin kök boğazını, gövdəsini, yarpaqlarını və meyvəsini xəstələndirir. Onlar meyvələrdə və yarpaqlarda yarıqlar və yaralar əmələ gətirir. Göbələklər rütubətli şəraitdə sürətlə inkişaf edir. Yayı isti və quraq keçən rayonlarda Antraknoz xəstəliyinə təsadüf olunmur.

Xiyar xəstəlikləri və ziyanvericiləri

Çılpaq ilbiz

Tərəvəz bitkilərinə daha çox ziyan vuran iblizlərdən biridir. Rütubətli şəraitdə sürətlə çoxalır. Qışı yumurta mərhələsində keçirir. Yumurtaları yarım şəffaf kürə formasında olur. Yazda, mayın axırında torpaqda və bitki qalıqlarının altında qışlamış yumurtalardan körpə ilbizlər çıxır. İlbizlər ildə iki dəfə nəsil verir. İlbizlər axşamlar qidalanır. Onlar xiyar bitkisinin kök boğazını kəsir və zərif yarpaqları deşirlər. Kökümeyvəlilərə də ziyan vururlar. İlbizlər zərər vurduğu bitkinin üzərində qoyduğu gümüşü parlaq izlərlə tanınır. Ən çox may, iyun, avqust, sentyabr və oktyabr aylarında fəal olurlar.

Danadişi. 

Yer üzərində 46 növü var. Azərbaycanda adi danadişi növü geniş yayılıb. Qonur rəngdədir, bədəni qızılı-boz tüklərlə örtülüdür. Nəm və çürüntülü torpaqlarda daha çox olur. Təhlükəli gəmiricilərdən biridir. Ön ayaqları ilə qazır, ağız aparatı gəmiricidir. Yetkin halda üstündə qanadları olur, uzunluğu 50-60 mm-ə çatır. Qışı təzə yumurtadan çıxmış sürfə halında, yaxud yaşlı halda torpaqda, peyin çürüntüsündə və şitilliklərdə keçirirlər. Adətən torpağın 10-15 sm dərinliyində yaşayır və həmin yuvalarda 100-400 ədəd yumurta qoyur. Yumurtalar 2-2.5 mm uzunluğunda, oval formasında olur. Embrionun inkişafı 10-17 gün keçir. Yumurtadan çıxan sürfələr əvvəlcə yuvada qalır və tük dəyişdirdikdən sonra hərəkət edir. Onlar erkən yazdan başlayaraq vegetasiya müddətində kökümeyvəlilərin və tərəvəz-bostan bitkilərinin toxumlarını, şitillərini məhv edir.

Bostan mənənəsi.

Azərbaycanda geniş yayılıb, tərəvəz və bostan bitkiləri üçün təhlükəli ziyanvericidir. Qışı yetkin yaşda və ya sürfə halında müxtəlif bitki qalıqlarında keçirir. Soyuğa davamlıdır. Yazın əvvəllərindən başlayaraq alaq otlarından qanadlı diri bala doğmaqla çoxalır. Mədəni bitkilərə alaq otlarından keçir. Dişi fərdlərin hər biri cütləşmədən 10-a qədər bala doğur. Vegetasiya müddətində 20 nəsil verir. Mənənə adətən dəstə halında yarpaqların alt tərəfində, damarların künclərində, bostan bitkilərinin gövdələrinin uclarında, çiçəklərdə və körpə meyvələrdə yerləşir. Zədələnmiş yarpaq və çiçəklər quruyub tökülür, bitkilər boy atmır və məhsuldarlıq aşağı düşür. Bostan mənənəsi sürətlə çoxalır. İsti keçən yay aylarında azalır.

İstixana ağqanadlısı. 

Əvvəllər istixanalarda, indi açıq sahələrdə də geniş yayılıb. 1-1.5 mm uzunluğunda həşəratdır, bədəni sarımtıl rəngdədir, iki cüt tutqun ağ rəngli qanadları var. Dişi fərdlərin hər biri 10-12 ədəd yumurta qoya bilir. Yumurtalar xırda, uzunsov, əvvəlcə yaşılımtıl sarı, sonra qara rəngdə olur. 5-10 gündən sonra yumurtalardan sürfələr çıxır, onlar yarpağı sormaqla qidalanır. İki həftədən sonra sürfələr pup halına keçir və 12-15 gün keçdikdən sonra onlardan kəpənəklər əmələ gəlir. İldə 10-12 nəsil verir. Kütləvi yoluxma zamanı bitkinin yarpaqları ağqanadlı ilə örtülür. Nəticədə bütün yarpaqlar qara təbəqə ilə örtülür, yarpaqlar soluxur bə bitki məhv olur.

Mənbə.

AgroAdmin

Əvvəlki həyatımda developer idim. :)

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

error: Content is protected !!

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669

Notice: ob_end_flush(): failed to send buffer of zlib output compression (1) in /hostimul/puwlzqda/public_html/wp-includes/functions.php on line 4669