Xiyar xəstəliklərinə qarşı yeni mikrobioloji preparatlar yaradılıb

Hidroponikada xiyar yetişdirərkən ən ciddi  problemlərdən biri pitioz xəstəliyinin yayılmasıdır. Pitioz “Pythium spp“ adlı göbələyin səbəb olduğu kök çürüməsidir.

xiyar xəstəlikləri agroexpert.az
Hollandiyanın Vaqeninqen universitetinin alimləri “Yaşıl Çağırış” (“Green Challenge”) layihəsi çərçivəsində araşdırmalar aparıblar.

Bu layihə bitkiləri və torpağı qorumaq, onların dayanıqlılığını artırmaq üçün kimyəvi maddələrdən istifadənin azaldılmasına yönlənib. 2019-cu il  may ayının sonunda universitet istixanalarında mineral pambıq üzərində yetişdirilən 8 xiyar növünü müqayisə edərək onlar üzərində mikrobioloji preparatların istifadəsi araşdırılıb. Araşdırmada aşağıdakı seçimlər müqayisə edildi:

a) substratın özünün sözdə müqavimətini artırmaq üçün iki dərman (“Biochar” və “Chitosan”).

b) dörd müxtəlif biofunqisidlər – “Serenade ASO” (Bacillus amyloliquefaciens QST713); Mycostop (Streptomyces griseovirides k61); “Trianum-R” (Trichoderma harzianum T22) və “Asperello T34 Biocontrol” (Trichoderma asperellum T34)

c) Bitkilərin müqavimət gücünü artırmaq üçün iki vasitə – silisium və elisitor FADO (COS-OGA, oligochitosans və oligopectates kompleksi əsasında). Tərcüməçi qeydi: bu vasitə ümumiyyətlə toz kif xəstəliyinin patogenlərinə qarşı istifadə olunur.

Transplantasiya edildikdən iki həftə sonra bitkilər “Pythium spp” xəstəliyinə süni şəkildə yoluxduruldu. İnfeksiyanın inkişafı iki ay ərzində müşahidə edildi, lakin ilk dövrədə simptomların inkişafı əhəmiyyətsiz idi. 2019-cu ilin sentyabr ayında istehsalçılarla məsləhətləşmələrdən sonra təkrar istifadə edilə bilən substratda ikinci bir sınaq (xiyarın ikinci dövrəsində) edildi. Bitkilərin və substratın müalicəsi ikinci dövrədə aparıldı. Müalicələrin ətraflı təsvirləri (konsentrasiyası, müalicələrin sayı və s.) ilkin test hesabatına əlavələrdə verilmişdir.

Əkindən iki həftə sonra bitkilərə yenidən “Pythium spp“ vuruldu. 11 həftə ərzində xəstəliyin simptomlarının inkişafının mütəmadi monitorinqi aparıldı. Sonra, bitkilərin yeraltı və yerüstü hissələrində infeksiyanın inkişafının qiymətləndirilməsi aparıldı. Nəzarət variantında, süni bir yoluxucu fonda qoruyucu müalicə olmadan, bütün bitkilərin 31%-ində infeksiya əlamətləri (kök hissəsinin çürükləri və bitkinin solması) mövcud idi. Araşdımalar göstərdi ki, “Asperello T34 Biocontrol” və “Sikalom” (silisium ehtiva edən gübrə) ilə müalicə olunan bitkilər daha az dərəcədə təsirlənir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!